TOP 10

Hapal millimizlə matçda bəxtə böyük ehtiyac görür: "Azərbaycan yığmasında tərəqqi göz önündədi, bu rəqiblə ehtiyatlı davranmalıyıq"

Futbol
Tarix: 2019-11-18 20:00

Avropa çempionatının seçmə qrup mərhələsinin son turunda Azərbaycan yığmasını sabah qəbul edəcək Slovakiyanın baş məşqçisi Pavel Hapal “X-Bionic” - milli komandaların təlim-məşq bazasında mətbuat konfransı keçirib. Sport24.az-ın Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 yaşlı mütəxəssis birbaşa sualları cavablandırıb.


- Zədəli, formada olmayan oyunçunuz varmı?
- Zədəli qapıçımız Dominik Qrifdən başqa düşərgədə olan bütün oyunçularımız sağlamdı və meydana çıxmağa hazırdılar. İndi Xorvatiya ilə oyun barədə düşünmək vaxtı deyil.  Bəlkə bu dəfə bəxtimiz gətirdi. 


- Uelslə Macarıstan arasındakı oyun barədə məlumatınız olacaq?
- Əlbəttə, məlumatım olacaq, amma bütün diqqətim Azərbaycanla görüşə yönələcək. İlk növbədə öz 3 xalımızı qazanmalıyıq. Sabah bəxtə böyük ehtiyacımız var. 


- İnanırsınız ki, Kardifdə heç-heçə qeydə alınacaq?
- Zənnimcə, bütün Slovakiya buna inanır. Amma həmin oyunun nəticəsinə təsir göstərə bilmərik.


- Oyunun gedişatında Uelsdəki nəticə ürəkaçan olmasa, futbolçulara bu barədə deyəcəksiniz?
- Hətta bir neçə top fərqi ilə öndə olsaq da, deməyəcəm. Çünki bu, uşaqların oyununu sındıra bilər. Bəli, taleyimiz öz əlimizdə deyil. Ancaq şans qazanmaq üçün Azərbaycanı məğlub etməliyik.


- Azərbaycan yığması ilk oyunla müqayisədə, çoxmu dəyişib?
- Azərbaycanlıların qrupdakı bütün oyunlarını izləmişəm. Tərəqqi göz önündədi. Bu rəqiblə ehtiyatlı davranmalıyıq. Sabah qalib gəlmək üçün gücümüzün 100 faizini ortaya qoymalıyıq.
 

 

 

CEYHUN ƏLİYEV, Trnava

CBCsport
04 Iyul 2020
03 Iyul 2020
B.eÇ.aÇC.aCŞB