TOP 10

Hamşik millimizlə sabahkı oyunu xüsusi sayır: "Azərbaycan güclü rəqibdi, bizdən başqa bütün oynadıqları rəqiblərə problem yaşadıb"

Futbol
Tarix: 2019-11-18 19:40

“Sabah xüsusi oyun olacaq. Əksəriyyətin gözü Kardifdə olacaq. Ancaq biz bütün diqqətimizi meydanda olduğumuz görüşə yönəltməliyik. Əvvəlcə, özümüz qələbə qazanmalıyıq ki, yalnız bundan sonra Uels - Macarsıtan matçının sərfəli nəticəsi barədə fikirləşməliyik”. Sport24.az-ın Bratislavaya ezam olunmuş əməkdaşının məlumatına görə, mu sözləri Slovakiya yığmasının kapitanı Marek Hamşik sabah milli komandamızla Avropa çempionatının seçmə qrup mərhələsi öncəsi media mənsubları qarşısına çıxdığı görüşdə bildirib.

 

32 yaşlı kapitan daha sonra fikirlərini bu cür davam etdirib: “Xorvatiyaya qarşı ilk yarını yaxşı keçirdik. Təəssüf ki, fasilədən sonra istədiyimiz futbolu sərgiləyə bilmədik. Bütün 90 dəqiqəni yaxşı oynamağa hazır olmalıyıq”.

 

Marek Azərbaycanla oyuna hazırlaşmaq üçün vaxt az olmasıyla razılaşır: "Xorvatiya ilə görüşdən sonra zaman kəsiyimiz az oldu, amma biz bərpa ola bildik. Bir az sonra məşqimiz olacaq. Azərbaycan güclü rəqibdi, onlar bizdən başqa bütün oynadıqları rəqiblərə problem yaşadıblar. Bakıda əla oynamışdıq. Çalışacağıq Trnavada da eyni dəst-xətti qoruyaq. Qonaqlar əks-hücumlarda oynayacaq. Bu dəfə matç fərqli məcrada keçəcək. Buna hazır olmalıyıq".

 

Xatırladaq ki, millimiz cari seçmə mərhələdə yeganə böyükhesablı məğlubiyyətini məhz Slovakiyadan evdə alıb - 1:5. 

 

 

 

CEYHUN ƏLİYEV, Trnava

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB