TOP 10

Region Liqasında qələbə seriyası davam edən 3 komanda qaldı: İkiqat çempion "Uğur" darmadağınlardan doymur

Futbol
Tarix: 2019-11-18 18:00

Region Liqasında III turun matçları keçirilib. Sport24.az xəbər verir ki, bu turdan sonra yüzfaizli nəticəylə çıxışına davam edən 3 komanda qalıb.

 

Turnirin hər iki mövsümünün qalibi olan "Uğur"un üstünlüyü ən yaxşı topların fərqinə malik olmasındadı. Sumqayıt təmsilçisi 4-cü qələbəsini də darmadağınla qazanaraq bu dəfə "Xudat"ı üstələyib. Anncaq bu dəfə Qəzənfər Abbasovun komandası ilk dəfə çox - 2 qol da buraxmaqla diqqət çəkib. Bunadək "Uğur" 3 matçda qapısında cəmi 1 top görmüşdü.

 

Qusar derbisi son vitse-çempion "Şahdağ"ın minimal hesablı qələbəsiylə yekunlaşıb. Qubanı təmsil edən "Şahdağ" isə Qusarın eyniadlı təmsilçisini minimal fərqlə yenib. 

 

Paytaxt və Şimal zonası

"Uğur" (Sumqayıt) - "Xudat" (Xaçmaz) - 8:2

Qollar: Şahin Əliyev, 4, 7, 41, Məhəmməd Alıyev, 15, 69, Ramal Əhmədov, 20, Mətin Mehdiyev, 90+1 - Çingiz İbrahimov, 37, Əli Nadiroğlu, 82

 

"Qardaşlar" (Bakı) - "İrəvan" (Bakı) - 2:8

Qollar: Həbib Əzizov, 44, Azər Əkbərov, 80 - Turan Babayev, 7, İzzət Müştəqov, 21, Kamran Ağalarov, 31, 33, 63, 70, Əlida İsayev, 37, İlqar Nuruşov, 55

 

"Şahdağ" (Quba) - "Qusar" - 2:1

Qollar: Rəhman Musayev, 7, Sərxan Ağayev, 89 - Cəmşid.Baxşəliyev, 33

 

"Şirvanovka" (Qusar) - "Şahdağ" (Qusar) - 0:1

Qol: Elnur Soltanlı, 16

 

Region Liqası adlı şəxsin şəkli.

 

Mərkəz zonasının mərkəzi matçı Şamaxıda olub. Burda qonşu rayonların komandalarının dueli qolsuz bərabərliklə yekunlaşıb. Bununla da "Şamaxı" da, Ağsu Siti" da ilk xal itkisinə məruz qalıb. Əvəzində Beyləqandakı matçda məhsular alınaraq 9 qol vurulub. 

 

Mərkəz zonası

"Şamaxı" - "Ağsu Siti" - 0:0

 

"Mil" (Beyləqan) - "Araz" (Saatlı) - 5:4

Qollar: Orxan Əliyev, 53. Taleh Salmanlı, 72, Elyar Mirzəyev, 78, İlkin Ağayev, 87, 90 - Samir Şövkətov, 45, Elçin Məmmədov, 80, 89, Müvfiq Muradov, 90+2

 

Qeyd: Bu turda "İmişli" istirahət edib.

 

Region Liqası adlı şəxsin şəkli.

 

Daha bir yüzfaizli nəticə göstərən komanda olan "Energetik" bu dəfə ən yaxın izləyicisi "Şəki"yə böyük hesabla qalib gələrək qələbə seriyasını sürdürüb. "Göyəzən" Gəncə səfərindən də 1:1 hesablı bərabərliklə dönüb. Bunadək Qazax təmsilçisi ilk turda Şəkidə eyniadlı komandayla həmin nəticəyə imza atmışdı. 

 

Qərb və Şimal-Qərb zonası

"Qoşqar UGİM" - "Göyəzən" (Qazax) - 1:1

Qollar: Sərxan Əsgərov, 37 - Tunar Şaxtantinski, 41

 

"Energetik" (Mingəçevir) - "Şəki" - 4:0

Qollar: Vüsal İsmayılov, 11, Nicat Əhmədov, 29, Zamir Cəlilov, 63, Elçin Abdullayev, 90+4

 

Qeyd: Bu turda "Oğuz" istirahət edib.  

 

 

Cənub zonasında "Alyans"ın aşkar liderliyi diqqət çəkir. Lənkəran klubu bu dəfə autsayder "Şıxlar"ı darmadağın edib. Yeri gəlmişkən, Qobustan təmsilçisi cari mövsümün hələ ki ən uğursuzudu. Belə ki, hesabında xal olmayan "Şıxlar" qol hesabını aça bilməyən yeganə komandadı. "TNT Astara"nın "Ərkivan"ı "top atəşi"nə tutmasından 3 komandanın 5 xalı olub. Sadəcə, astaralılar 1 oyun az keçirdiklərindən 2-ci pillədə qərarlaşıb. 

 

Cənub zonası

"Alyans" (Lənkəran) - "Şıxlar" (Qobustan) - 5:0

Qollar: Zaur Nuruzadə, 2, Kamran Abdullayev, 38, Elşən Rzazadə, 47, Mirəli İsmayılov, 66, Araz Əsədullayev, 71

 

"TST Astara" - "Ərkivan" (Masallı) - 7:1

Qollar: Milad Bayramov, 6, Sergey Markelov, 13, Röyal Nəcəfov, 19, 62, 76, Əli Məzahirli, 36, Şahin Ağayev, 80 - Turab Dövlətov, 11

 

"Ümid" (Cəlilabad) - "Neftçala" - 2:2

Qollar: Kamal Həsənpur, 48, Hikmət Nağıyev, 56 - Xalid Səmədov, 73, Cəfər Hüseynov, 90+1

Region Liqası adlı şəxsin şəkli.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB