TOP 10

Bədavi Hüseynov "qapını möhkəm çırpmaq" istədiklərini bəyan etdi: "Sübut etməliyik ki, Bakıdakı 1:5 hesablı məğlubiyyət ağlasığmaz təsadüf idi"

Futbol
Tarix: 2019-11-18 16:32

"Belə götürəndə, müsbət nəticə qazanmaq üçün meydanda hər şey edirik. Ancaq yekunda istədyimizə çata bilmirik". Bu fikirləri Sport24.az-n Slovakiyaya ezam olunmiş əməkdaşına aşıqlamasında Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov bildirib.

 

Təcrübəli mərkəz müdafiəçisi Uesl yığmasına son məğlubiyyəti şərh edərkən, başa çatmaqda olan AVRO-2020-i boşa verdiklərini etiraf edib və komandanı "qapını möhkəm çırpmaq" istədiklərini söyləyib: "Nə gizlədəsən, bu tsiki uğursuz çıxış etdik. Heç olmasa Trnavada layiqli çıxış etmək istəyirik. Sübut etməliyik ki, Bakıda Slovakiyaya 1:5 hesablı məğlubiyyət ağlasığmaz təsadüf idi".

 

Xatırladaq ki. Slovakiya - Azərbaycan matçı sabah Bakı vaxtilə saat 23:45-də Trnavada keçiriləcək. 

 

 

 

CEYHUN ƏLİYEV, Bratislava

 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB