TOP 10

Remsi Azərbaycan kimi ölkələrlə səfərdə oynamağı həmişə çətin sayır: "Bakıda qazanmaq üçün hər şeyi etdik"

Futbol
Tarix: 2019-11-18 15:51

 “Bakıda qazanmaq üçün hər şeyi etdik. Azərbaycan kimi ölkələrə səfərdə oynamaq həmişə çətin olur". Sport24.az xəbər verir ki, bu sözləri  Uels yığmasının yarımmüdafiəçisi Aaron Remsi AVRO-2020-nin seçmə mərhələsində Bakıda millimizi məğlub etdikləri oyun (2:0) haqda danışarkən deyib.
 

"Yuventus"un futbolçusu Azərbaycanla oyunun Avropa çempionatına vəsiqə yolunda çox vacib olduğunu diqqətə çatdırıb:  "Xorvatiya Bakıya getdi və xal itirdi. Bu səbəbdən Bakıdakı oyunun nə qədər çətin olacağını bilirdik. Uğursuz çıxışdan sonra dünya çempionatına getmək şansımızı itirmişdik. Amma indiyədək seçmə mərhələdə yaxşı oyun göstərmişdik. 2016-dakı uğuru təkrarlamaq və bu böyük turnirin həyəcanını yenidən yaşamaq istəyirik".

 

Qeyd edək ki, uelslilər yığmamıza 2:0 hesabı ilə qalib gələrək qitə birinciliyinə vəsiqə şansını artırıb. Belə ki, Rayan Giqqzin komandası son matçda sabah Macarıstan üzərində evdə qələbə qazanarsa, qrup ikincisi kimi birbaşa final mərhələsinə yollanacaq.

 
CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB