TOP 10

“Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

Futbol
Tarix: 2019-11-18 13:24

“Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasının heyətində növbəti oyunu keçiriblər. Sport24.az xəbər verir ki, paytaxt klubunun hər iki üzvü KONKAKAF Milli Liqası çərçivəsində baş tutan Kosta Rika – Haiti matçının (1:1) start heyətində meydana çıxıb. 


Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib. 27-ci dəqiqədə qapısında qol görən qonaqlar 38-ci dəqiqədə Nazonun vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdiriblər.


Qeyd edək ki, Mustivar Haiti milli komandasının heyətində 19 oyunda 2, Gerye isə 47 oyunda 11 qol vurub.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB