TOP 10

Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

Dünya Futbolu
Tarix: 2019-11-18 09:14

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 24-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Çertanovo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.


Kamran da bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.


“Ximki” 24 turdan sonra 49 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB