TOP 10

"40+ Liqa"da 2 rekord birdən: Turun yeganə heç-heçəsində "Sport24"dən əzmkarlıq nümunəsi

Futbol
Tarix: 2019-11-18 12:00

Ötən bazar "40+ Liqa"sında IX turun matçları keçirilib. Sport24.az xəbər verir ki, ikinci dövrənin ikinci turu məhsuldarlığı ilə diqqət çəkib.

 

Belə ki, 53 qol vurulub. Ancaq bu, turnirin rekordu deyil. Çünki qapılardan bundan da çox - 59, 57 topun keçirildiyi turlar olub. 

 

Ancaq ən məhsuldar qarşılaşma, ən böyükhesablı qələbə məhz bu tur qeydə alınıb. Bu, 25 qolun vurulduğu, lider "Pioner Arena"nın "Qardaşlar"ı 20:5 hesabıyla məğlub etdiyi matçdı. Çempionluğa əsas namizədlərdən olan futzalçılardan ibarət yığma rəqibinə rəhm etməyərək 15 top fərqiylə üstələyib. Bunadək ən böyük darmadağın 14:1 olmuşdu. Maraqlıdı ki, onda da bu komandalar görüşmüşdü, yəni ilk dövrədəki oyunda. 

 

Çempionluğa digər namizəd, bir matçı ehtiyatda olduğuna görə 2-ci pilləyə düşən "Veteranlar" də aktivinə 3 yazaraq "Old Stars"ı 8:4 hesabıyla yenib.

 

Liderlərin ən yaxın izləyicisi olan "Keşlə" də 4 top fərqli qələbəyə sevinərək son pillənin sahibi "Baktelekem"a 6:2 hesabıyla qalib gəlib. 

 

Tuurn yeganə heç-heçəsi "Sport24"ün matçında qeydə alnıb. Belə ki, saytımızın komandası "Bravo Dent"lə 2:0 hesabıyla irəlidə olduğu matçdan sonradan geridönüş edərək - son dəqiqələrdə 2 qol vuraraq 1 xalla ayrılıb. 

 

 

1. Pioner Arena    9  8  1   0    81-26   25
2. Veteranlar         8  7  1    0   75-26   22
3. Keşlə                8   5  0   3    46-44  15
4. Old Stars          8   3  2    3    54-46  11
5. Sport24.az        9   2  2    5    42-52   8
6. Qardaşlar          9   2   0   7    44-112  6
7. Bravo Dent        8   1   3   4    27-45   6
8. Baktelekom        9   1  1    7    53-76  4

 

Bombardirlər: Ağatahir Əzimov (Pioner Arena) - 38 qol, Azər Mehdiyev (Sport24.az) - 21 qol, Əkbər Əlizadə (Baktelekom) - 20 qol.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB