TOP 10

Şevçenko Ukrayna millisinə tarixi nəticə qazandırdı

Dünya Futbolu
Tarix: 2019-11-17 22:00

Ukrayna millisi AVRO-2020-nin seçmə mərhələsini məğlubiyyətsiz başa vurub. Sport24.az xəbər verir ki, bu, sonuncu – 10-cu turunda səfərdə Serbiya ilə 262 hesablı bərabərlikdən sonra reallaşıb.

 

Hərçənd, Andrey Şevçenkonun komandası son saniyələrdə məğlubiyyətdən xilas ola bilib. Bununla da Ukrayna 20 xalla qrupu lider kimi başa vurub və bu nəticədən sonra tarixinin ən yaxşı göstəricisinə imza atıb. Belə ki, bu, nəinki ilk məğlubiyyətsiz tsikl, ümumiyyətlə, məğlubiyyətsiz il olub. Komanda 2019-cu ildə 8 rəsmi, 2 yoldaşlıq oyunu keçirib və meydanı 7 qələbə, 3 heç-heçə ilə tərk edib.
 

Ukrayna millisi Andrey Şevçenkonun gəlişindən sonra 11 oyundur uduzmur. Komanda sonuncu dəfə 2018-ci il, noyabrın 16-da Slovakiyaya uduzub – 1:4.

 

 

 

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB