TOP 10

Balayev Slovakiyada təzyiqin öhdəsindən gələcəyini sayır: "Tobol"un çempion olması yetərincə mümkün idi, sadəcə..."

Futbol
Tarix: 2019-11-17 22:18

Azərbaycan millisinin qapıçısı Emil Balayev Sport24.az-ın Slovakiyaya ezam olunmuş əməkdaşına müsahibə verib. 25 yaşlı qapıçı Qazaxıstanda debüt mövsümündə "Tobol"dakı çıxışını da dəyərləndirib.

 

- Sənin üçün bu il son matç AVRO-2020-nin seçmə mərhələsində Slovakiya yığmasıyla qarşıdakı görüş olacaq...

- Bəli, Qazaxıstanda çempionat başa çatıb. Buna görə də Slovakiyayla matç mənim üçün 2019-cu ildə son qarşılaşma olacaq. Artıq yanvarın əvvəlində yeni mövsümə hazırlaşacağıq.

 

- Qazax həmkarlarımıza bidlrimisən ki, "Tobol"da daha bir mövsüm qalacaqsan...

- Klubla hələ 1 illik müqaviləm var. Daha bir mövsüm keçirməliyəm.

 

- Qazaxıstanda ilk mövsümünü necə dəyərləndirərdin?

- Kənardan daha yaxşı görünür. O cümlədən mütəxəssislərə. Ancaq ümumilikdə, hər şey pis keçmədi.

 

- Komandanız uzun müdddət liderlik edirdi, ancaq son anda 4-cü yeri tutdu. Sən isə "quru seriya"ya görə klubun və mövsümün rekordunu müəyyənləşdirmisən...

- Futbol kollektiv oyundu və burda hər şeyi bütün komanda həll edirdi. Bir futbolçu çox şeyi həll edə bilər, ancaq hər şeyi yox. Yaxşı kollektivimiz var, ancaq sonda işimizin öhdəsindən gələ bilmədik. Əsasən birbaşa rəqiblərlə görüşlərdə lazımı səviyyədə çıxış edə bilmədik.

 

- Səni "Tobol"a gətirən baş məşqçi Vladimir Qazzayevin gedişindən sonra komandada nə dəyişdi?

- O, çox şey etdi. Yaxşı seriyamız vardı və bundan sonra deməzdim ki, Qazzayevin gedişi güclü təsir göstərdi. Yeni baş məşqçiylə 6-7 matç ardıcıl qalib gəldik. 

 

- Qazaxıstan çempionatında daha çox nə yadında qaldı?

- Açığı, bu şeylər çox olub. Hər matç bizim üçün döyüş idi. Mayda "Kayrat"ı səfərdə məğlub etdik və bu 1:0 yalnız son dəqiqələrdə vurduğumuz qol sayəsində oldu. Çətin qarşılaşma oldu, buna görə yadımda qaldı. Belə görüşlər az deyildi. Məsələn, Karaqanda "Şaxtyor"u ilə də. 

 

- "Tobol" çempion ola bilərdi?

- Bir sıra futbolçularımızın zədəsi olmasaydı, ehtiyat oyunçular skamyamız gediş olsaydı, bu, yetərincə mümkün idi.

 

- Belə imkan var ki, karyeranı Qazaxıstanın digər klubunda davam etdirəsən?

- Məndə belə informasiya yoxdu. "Tobol"la müqaviləm var. Peşəkar olaraq yalnız öz komandam haqda düşünürəm.

 

- Slovakiyayla matçdan nə gözləyirsən?

- Rəqib çox yüksək səviyyədədi və bizi çətin matç gözləyir. Xorvatiyayla dünənki matçda ilk hissədən sonra hesabda 1:0 irəlidə olmaqla bunu göstərdilər. 

 

- Qapını möhkəm çırpa bilərikmi?

- Futbolda sürpriz olur. Hər şey mümkündü. Maksimal nəticə üçün çalışacağıq.

 

- Qarşıdakı matçda üzərinə böyük yük düşür...

- Qapıçı arxa xəttin son həlqəsidi. Ondan sona artıq qol olur. Təzyiqin öhdəsindən gələcəyəm.

 

 

CEYHUN ƏLİYEV, Bakı-Bratislava

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB