TOP 10

Millimiz Bratislavaya çatdı - FOTOLARA

Futbol
Tarix: 2019-11-17 20:41

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində son qrup matçını keçirəcəyi Slovakiyaya çatıb. Sport24.az-ın bu ölkəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, millimizin çarter reysilə yollandığı təyyarə az öncə paytaxt Bratislavadakı hava limanına düşüb.

 

Millimiz burdan qalacağı "Crown Plaza" hotelə yollanacaq. Slovakiyayla noyabrın 19-dakı matç Bratislavadan 50 kilometr aralıda yerləşən Trnava şəhərində olacağından, Nikolay Yurçevişin komandası son məşq üçün sabah axşam saatlarında ora gedəcək.

 

Xatırladaq ki, Slovakiya - Azərbaycan matçı noyabrın 19-da Bakı vaxtilə saat 23:45-də keçiriləcək. 

 

 

CEYHUN ƏLİYEV, Bakı-Bratislava

 

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB