TOP 10

Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

Futbol
Tarix: 2019-11-17 16:07

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 19-da, saat 23:45-də Trnava şəhərindəki Anton Malatinskiy stadionunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib:


18 noyabr


Slovakiya milli komandası
Saat 16:30. Mətbuat konfransı,  “X-Bionic Centre”
Saat 17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “X-Bionic Centre”


Azərbaycan milli komandası
Saat 19:00. Mətbuat konfransı, Anton Malatinskiy stadionu
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, AntonMalatinskiy stadionu


Qeyd: Hər iki mətbuat konfransı və məşqin saatı yerli vaxtla göstərilib.

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB