TOP 10

Almaniya yığmasından yeni rekord

Dünya Futbolu
Tarix: 2019-11-17 15:38

AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində Belarus yığmasına 4:0 hesabı ilə qalib gələn Almaniya milli komandası turnirin final mərhələsinə vəsiqə qazanıb. Sport24.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bununla da, Bundestim tarixində 13-cü dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu, turnirin tarixində rekord göstəricidi.


Eyni zamanda, almanlar 1972-ci ildən bəri bütün Avropa çempionatlarının final mərhələsində iştirak etməyi bacarıblar.


Almaniya millisi tarixində üç dəfə – 1972, 1980 və 1996-cı illərdə Avropa çempionatının qalibi adını qazanıb.

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB