TOP 10

"Bakcell Arena"dan Olimpiya Stadionunadək, Tsxadadzenin sabiq qapıçısından hazırkı qapıçısınadək

Futbol
Tarix: 2019-11-18 10:00

Başa çatmaqda olan AVRO-2020-nin seçmə mərhələsində qol buraxmayan milli komanda qalmayıb. Sport24.az xəbər verir ki, buna son olaraq San-Marino yığması nail olub.

 

Avropanın ən zəif yığması sayılan bu "cırtdan" Qazaxıstan yğmasına evdə 1:3 hesabıyla uduzduğu matçda rəqib qapısına yol tapıb. Həmin qolun müəllifi 77-ci dəqiqədə fərqlənən hücumçu Marko Bernardi olub. O, Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin çalışdırdığı Qazaxıstanın "Ordabası" klubunun qapıçısı Dmitti Nepoqodovu Serravalle şəhərindəki Olimpiya stadionunda məyus edib. Bu, 2013-cü ilin sentyabrın 10-dan bu yana San-Marino yığmaısnın son 20 ev matçında ilk qolu olub.  

 

Maraqlıdı ki, san-marinolular son qolu 2 il əvvəl məhz Bakıda vurmuşdu. Bu, DÇ-2018-in  seçmə mərhələsində Azərbaycan millisinə "Bakcell Arena"da 1:5 hesabıyla darmadağın olunduğu qarşılaşmadı. Onda rəqibin yarımmüdafiəçisi Marko Palazzi 74-cü dəqiqədə "İnter"dən "Neftçi"yə keçən qapıçı Səlahət Ağayevin qoruduğu qapıya yol taparaq hesabı 1:4 etmişdi. Bernardi həmin matçda sonadək ehtiyatda qalmışdı. Ötən il UEFA Millətlər Liqasında qrupda 6 matçda fərqlənə bilməyən San-Marino 803 gündən sonra qol sevinci yaşayıb.  

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB