TOP 10

Kökçü start heyətində meydanda olacağını düşünüb: “Bu oyundan dərs cıxarmalıyıq”

Futbol
Tarix: 2019-11-17 15:00

Gənclərdən ibarət milli komandamızın yarımmüdafiəçisi Özan Can Kökçü Lixtenşteynlə matçın böyük hissəsini ehtiyat oyunçular skamyasindan izlədi. Yalnız son 10 dəqiqədə baş məşqçi Milan Obradoviç ona şans tanıdı ki, həmin zaman kəsiyində "Sabah"ın futbolçusu özünü ən yaxşı tərəfdən göstərdi. Kökçü Football24.az-a verdiyi müsahibədə həm Lixtenşteyn üzərində qələbədən danışdı, həm öz oyununa qiymət verdi, həm də “Sabah”ın qeyri-sabit çıxışı barədə fikirlərini bölüşdü.

 

- Lixtenşteyn üzərində qazanılan qələbə haqda fikirlərini bilmək istəyərdik...
- 3 xal qazandığımız üçün çox xoşbəxtik. Bu oyunda mütləq qələbə qazanmalıydıq. Uduzmaq bizə yaraşmazdı. Lixtenşteyni də mübarizə apardıqları üçün təbrik edirəm.

 

- Komanda qələbə qazansa da, qol epizodlarından istifadə edə bilmirdi. Bunu nə ilə əlaqələndirərdin?
- Düzdür, bir neçə qol vəziyyətimiz olsa da, istifadə edə bilmədik. Özümüz özümüzə boş yerə gərginlik yaratdıq. Səbəbini bilməsəm də, inşallah, qarşıdakı oyunlarda bu imkanlardan istifadə edib daha çox qol vurarıq.

 

- Meydana oyunun son dəqiqələrində daxil olsan da, yetərincə fəallıq göstərdin. Öz oyununu necə dəyərləndirərdin?
- İlk dəqiqələrdən oyunda olacağımı düşünsəm də, baş məşqçimizin qərarına da hörmətlə yanaşıram. Son dəqiqələrdə meydanda oldum. Bir az buna görə pis oldum. Bu oyunlarda oynamaq istəyirəm. Meydana daxil olandan sonra da oyun keyfiyyətimi göstərdiyimi düşünürəm.

 

- Millinin növbəti oyunlarında da uğurlu nəticəyə ümüd edə bilərik?
- Qarşıdakı oyunlarda nə qədər çox xal qazansaq, bizim üçün daha yaxşı olar. Yaxşı oynayırıq və bundan da yaxşı oynayacağıq.

 

- Klubda işlərin necə gedir? "Sabah"ın oyununda müşahidə edilən qeyri-stabillik gərginlik yaratmır?
- Şəxsən özüm hər tur oynadığım üçün çox xoşbəxtəm. Komandada gərginlik var deməzdim. Təbii ki, hamı yaxşı olmağını istəyir, çalışır, amma oyundan sonra ruh düşkünlüyü olur. Futbolun bir gözəlliyi də odur ki, hər tur yeni bir şans yaranır. Məşqçilərlə, komanda yoldaşlarımla hər tura daha yaxşı hazıraşmalıyıq.

 

- "Sumqayıt"la son tur oyununda hesabı açsanız da, məğlub oldunuz. İkinci hissədə nə baş verdi?
- “Sumqayıt”la oyuna 3 xal qazanmaq üçün çıxmışdıq. Buna inanırdıq da. Bəlkə də ilk hissədə 2 və 3-cü qolları vurub məsələni həll etməliydik. Təəssüf ki, alınmadı. “Sumqayıt” isə ikinci hissədə yaxşı oynadı və 3 xalı qazandı. Onları da təbrik etmək lazımdır. Biz isə bu oyundan dərs çıxarmalıyıq.

 

- Bu cür nəticələrlə "Sabah" nəyə ümid edə bilər?
- Özümüzə inanmalı, əzmkar olmalı və çox çalışmalıyıq. Yalnız bundan sonra uğur da gələcək.

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB