TOP 10

"Nə tökərsən aşına, o da çıxar qaşığına", və ya Nəyə layiq idinizsə, onu da aldınız

Futbol
Tarix: 2019-11-17 11:36

Uels yığmasıyla dünənki matça ümidlər yetərincə böyük idi. Buna da səbəblər vardı. Uelslilər Britaniya futbolunun elə də parlaq nümayəndələri deyil. Onlar qrupda 4-cü yerdə gedirdilər, deməli, milli komandamızın səviyyəsinə ən yaxın idilər. Uesllilər Azərbaycana uzaq səfər etmişdilər və təbii ki, yoğrun idilər...

Dünənki qarşılaşmada nə gördük? Qonaqlar ilk dəqiqələrdən hücuma atıldılar. Onların hücumları Nikola Yurçeviçin komandasını təzyiqdə saxladı. Belə vəziyyətlərdə deyirlər - qol yetişirdi. Müdafiə futboluyla uzağa gedə bilməzsən. Sanki bir az da keçsəydi, bizim futbolçular debüt həyəcanından yaxa qurtara biləcəkdilər. Ancaq bu, heç də belə olmadı. Yenə standart vəziyyət və yenə qapımızdan topu çıxarmalı oluruq. Kiffer Mur topu qapı xəttindən tora "sancdı". Özü də "mərmi"ni Pavel Paşayevlə birgə qapıya yolladı. Fikrimcə, qolda yalnız Paşayev yox, daha çox Emil Balayev günahkardı. Qapıçı ötürmənin trayektoriyasını düzgün hesablamadı və nəticədə oriyentasiyanı itirdi.​

Buraxılan qol komandamızı bir az ayıltdı, ancaq bu, yarım-qol vəziyyətləri yaratmaqdan artıq deyildi. Buna səbəb müdafiə ilə hücum arasında yaranan "böyük dəlik" idi. Komandamızda ən bərbadı cinahlar​ idi - nə Şəhriyar Rəhimov, nə də Araz Abdullayev ilk hissədə hücumda heç nə ilə yadda qaldı. Onların müdafiədəki hərəkətinə gəlincə, Araz meydanda aşkar gəzişirdi. Həmin anda isə onun cinahında Paşayevə əzab verirdilər.

İkinci qoldan isə ümumiyyətlə, danışmağa dəyməz. Ceymsin qapı çatından dönən zərbəsindən sonra müdafiəçilərimiz harda idilər? Harri Uilson qapı qarşısında necə boş qalmışdısa, 10 metr radiusunda heç bir futbolçumuzun ruhu belə yox idi.

Bəli, baş hakim Dəniz Aytəkin lehimizə təyin etməli olduğu aşkar penaltini penaltini qaçırdı. Bəli, ola bilərdi ki, bu, futbolçularımıza daha cəsarətli oynamağa təkan verə bilərdi. Ancaq onu etiraf etmək lazımdır ki, Azərbaycan yığması bunadək də, bundan sonra da bərbad oynayırdı.

Oyunun dəst-xətti yoxdursa, futbolçular irəli 3-4 ötürmə verə bilmirsə, komanda öz cərimə meydanından çıxa bilmirsə, onda məğlubiyyətə məhkumdu.

Futbolçulara gəlincə, heç bir müsbət rəy bildirə bilmərik. Emil Balayev bir neçə epizodda komandamızı xilas etdi, ancaq ilk qol onun ayagındadı. Bəhlul Mustafazadə ümumilikdə hamıdan yaxşı görünürdü, ancaq komanda 0:2 hesabıyla uduzursa, onda mərkəz müdafiəçisini xüsusi qeyd erməyə dəyməz. Bədavi Hüseynov, hansı ki Rəşad Sadıqovun millidəki karyerasını bitirəndən sonra, əsas komandanın müdafiə xəttinin "1 nömrə"si olacağını deyirdilər, ümidləri doğrultmur. Belə gedişlə Bədavi yenidən "2 nömrə" olacaq...bu dəfə Mustafazadədən sonra. Anton Krivostyuk hücuma qoşulurdu, ancaq onun faydalı iş əmsalı çox aşağı idi. Müdafiənin əks cinahında olan Paşayev nəsə göstərmək istəyirdi, ancaq onun hərəkətləri yaxında​ iflic keçirmiş xəstəyə bənzəyirdi. Meydanda nəsə demək istəyirdi, ancaq cümlə qura bilmirdi. Yarımmüdafiə xətti müdafiədən də bərbad idi. Riçard Almeyda sanki statistik rolunu oynayırdı ki, sonda dəqiq ötürmələri hesablayacaq. Onun bütün ötürmələri arxaya idi, özü də yaxın​ məsafələrə. Qara Qarayev irəli oynamağa çalışırdı, ancaq daha çox​ qapımız yaxınlığında olan komanda yoldaşlarını tapırdı. Dmitri Nazarov hücum xəttindəkilərimiz arasında ən yaxşı idi, ancaq onun oyununa pislər arasında ən yaxşı kimi qiymət verə bilərik. Ramil Şeydayev isə hücumda çalışırdı, lakin onun xətaları bu dəfə adəti üzrədən daha çox olurdu.​

Yurçeviçin işinə ayrıca toxunaq. Onun komandası Uelsə start fitinədək uduzmuşdu. Deməli, psixoloji cəhətdən oyuna hazır deyildiər. Millimiz yalnız buraxdlğı qoldan sonra "dişini göstərməyə" çalışdı. Hücumlar zamanı əsas aksent cinah keçidlərinə yönəlməli idi. Ancaq nə Şəhriyar Rəhimov, nə də Araz Abdullayev əməli heç nə göstərə bildilər. Deməli, start heyəti də düzgün seçilməmişdi. Hərçənd, Yurçeviçin alternativləri də elə çox deyildi. Komanda yoldaşlarını əvəzləyən Ağabala Ramazanovla Təmkin Xəlilzadə prinsipcə, heç nəylə yadda qalmadılar. Cinahlarla bağlı yeganə​ açıq məsələ Vüsal İsgəndərliylə bağlıdı. Bəli, bu oğlan böyük mənada texnikalı futbolçu deyil, ancaq Arazdan fərqli hər top​ uğrunda mübarizə aparardı, daha ancaq top onda olanda yox.​

Yekunlaşdıraq. Azərbaycan futbolda güclülər sırasında deyil. Milli komandamızın minimal kriteriyalarına cavab verən futbolçu da çox deyil. Eddi İsrafilov, Maksim Medvedev və Mahir Emrelinin yoxluğunda yığma faktiki ən yaxşı "kozır"lardan məhrum olmuşdu və minimum 30 faiz zəifləmişdi. Buna baxmayaraq, miliyə cəlb olunan futbolçular onu başa düşməlidir ki, bütün ölkəni təmsil edirlər. Ancaq dünənki matçda bu məsuliyyəti görmədik. Axı, texniki-taktiki planda geri qalanda istənilən kollketivin əsas üstünlüyü əzmkarlıq olur. Təəssüf ki, dünənki matçda bunu görmədik.​

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB