TOP 10

Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

Dünya Futbolu
Tarix: 2019-11-17 01:54

Bu gün AÇ-2020-nin seçmə mərhələsində 9-cu tura yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yer aldığı E qrupunun digər oyununda Xorvatiya ilə Slovakiya münasibətlərinə aydınlıq gətirib. Əzmkar qələbəyə sevinən xorvatlar həm də AÇ-2020-yə vəsiqəni təmin ediblər.


G qrupunda Polşa səfərdə İsrailə, Avstriya evdə Şimali Makedoniyaya qalib gəlib. Bununla da Polşa 1-ci yeri təmin edib. Avstriya isə final mərhələsinə vəsiqəni 2-ci yerlə qazanıb.


C qrupunda iki matç oynanılıb. Almaniya Belarus üzərində asan qələbə əldə edib. Bu nəticə Bundestimi AÇ-2020-yə daşıyıb. Hollandiya isə çətin Şimali İrlandiya səfərdindəki heç-heçə ilə final mərhələsinə adlayıb. Lakin qrup qalibinin adına son tur aydınlıq gətirəcək.


AÇ-2020-nin seçmə mərhələsi
16 noyabr


I qrupu


Kipr – Şotlandiya 1:2
Qol: Efrem, 47 – Kristie, 12. Makqinn, 53.


Rusiya – Belçika 1:4
Qol: Cikiya, 79 – T.Hazard, 19. E.Hazard, 33; 40. Lukaku, 72.


San Marino – Qazaxıstan 1:3
Qol: Bernardi, 77 – Zaynutdinov, 6. Suyumbayev, 22. Şçetkin, 26.


Belçika – 27, Rusiya – 21, Şotlandiya – 12, Kipr – 10, Qazaxıstan – 10, San Marino – 0.


E qrupu


Azərbaycan – Uels 0:2
Qol: Mur, 10. H.Uilson, 34.


Xorvatiya – Slovakiya 3:1
Qol: Vlaşiç, 56. Pektoviç, 60. Perişiç, 74 – Bojenik, 32.


Xorvatiya – 17, Macarıstan – 12, Uels – 11, Slovakiya – 10, Azərbaycan – 1.


G qrupu


Sloveniya – Latviya 1:0
Qol: Tarasov, 53-öz qapısına.


Avstriya – Şimali Makedoniya 2:1
Qol: Alaba, 7. Layner, 48 – Stoyanovski, 90+3.


İsrail – Polşa 1:2
Qol: Dabbur, 88 – Krixovyak, 4. Piontek, 54.


Polşa – 22, Avstriya – 19, Sloveniya – 14, Şimali Makedoniya – 11, İsrail – 11, Latviya – 0.


C qrupu


Almaniya – Belarus 4:0
Qol: Ginter, 41. Qoretska, 49. Kroos, 55; 83.


Şimali İrlandiya – Hollandiya 0:0


Almaniya – 18, Hollandiya – 16, Şimali İrlandiya – 13, Belarus – 4, Estoniya - 1.

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB