TOP 10

Uels yığmasının futbolçusu nəticənin millimizin səviyyəsini əks etdirmədiyini sayır: "Qara Qarayevə qarşı oynamaq olduqca çətindi"

Futbol
Tarix: 2019-11-17 11:00

Uels millisinin müdafiəçisi Ben Deyvis Avro-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığmasınfa qalib gəldikləri oyundan (2:0) sonra müsahibə verib. Sport24.az xəbər verir ki, millimizin Kardiffdəki oyunda daha yaxşı çıxış etdiyini açıqlayıb. 

- Komanda olaraq Azərbaycan millisi rəqiblərə çətinlik yarada bilir. Düşünürəm ki, nəticə komanda səviyyəsini əks etdirmir. Rəqib yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə komandalar onlarla oyundan çəkinəcəklər. Bəli, bu gün şanslı idik. 2-ci gün bizi Macarıstanla böyük oyun gözləyir. Növbəti mərhələ ümidlərimizi bu oyuna saxlamışıq.

 

- Azərbaycan yığmasında hansı futbolçunun çıxışını bəyəndin?

- Yaxşı futbolçularınız var. Cinahda çox yaxşı oynayırlar. Mərkəzdə kapitanınız Qara Qarayevin oyunun xüsusilə qiymətləndirirəm. Çox yaxşı top saxlayır. Ona qarşı oynamaq olduqca çətindi. Çətin oyun oldu. Rəqib bizə problem yarada bildi.

 

- Bugünkü matçda Uels azarkeşlərinin sayı demək olar ki, yerli azarkeşlər qədər idi.  Bu sizin üçün gözlənilməz olmadı?

- Xeyr. Möhtəşəm azarkeşlərimiz var. Onlar səyahət etməyi, səfər etməyi sevirlər. Bizlərlə Bakıya gəldilər. Fərqli mədəniyyətlər görmək və bunlardan həzz almağı azarkeşlərimiz çox sevir. Onların bizə dəstək olması gözəl hissdi.

 

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB