TOP 10

Şeydayev millinin hücumdakı problemlərindən söz açdı: "Mən özüm də xeyli səhvə yol verdim"

Futbol
Tarix: 2019-11-17 10:00

"Çətin oyun oldu, komandamızda nələrsə alınmadı. Pis oynadıq, bəzi epizodlarda qol vura bilmədik". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Bakıda Uels yığmasına 0:2 hesablı məğlubiyyətdən sonra deyib.

 

Onun fikrincə, hücumda bəzi epizodlarda dəqiqlik, qol çatışmadı: "Bir sözlə, oyunumuz alınmadı. Uelsdən çəkinmrdik. Belə bir şey yoxdur. Bu gün bütün futbolçular mübarizə apardı Hamımız sonadək vuruşduq. Sadəcə, kimdəsə daha çox səhv oldu. Mən özüm də xeyli səhvə yol verdim".

 

23 yaşlı hücumçu Slovakiya yığmasıyla cari tsiklın son görüşündə qalib gəlməyə çalışacaqlarını söyləyib: "Başqa məqsədimiz, otirəcəyimiz bir şey yoxdur. Bu oyunu analiz edib, yaxşı nəticə çıxara, mübarizə apara bilərik. Ümid edirəm ki, səfərdə Slovakiyanı məğlub edərik. Qələbə qazanmağa çalışacağıq. Rəqib haqda bu dəqiqə nəsə deyə bilmərəm. Oyunlarına baxıb, məlumat toplamaq lazımdı".

 

Ramil sonda ""Dinamo"da qalacaqsan, yoxsa qış fasiləsində komandanı tərk edəcəksən" sualına isə cavab vermək istəməyib.

 

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB