TOP 10

Bəhlul Mustafazadə legioner həyatı yaşamağı mütləq istəyir: "İnkişaf etmək üçün maksimum şəkildə ölkədən çıxmaq lazımdı"

Futbol
Tarix: 2019-11-17 09:00

Azərbaycan millisini futbolçusu Bəhlul Mustafazadə AVRO-2020-nin seçmə mərhələsində Bakıda Uels yığmasına 1:2 hesablı məğlubiyyətdən sonra müsahibə verib. Sport24.az xəbər verir ki, "Sabah"ın 22 yaşlı mərkəz müdafiəçisi əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Görüşün çətin keçəcəyini bilirdik. Rəqib qrupdan çıxmaq üçün mübarizə aparır. Startda qol buraxdıq. Təəssüflər olsun ki, toparlanmadıq və ikinci qolu da qapımızda gördük. Oyunla uduzduq, geri dönüş edə bilmədik. Bundan əlavə, ona üzülürəm ki, son ev matçında azarkeşləri sevindirmədik. Ümid edirəm ki, bunu gələcəkdə bacararıq. 


- İkinci hissədə heç oynaya bilmədiniz. Bunun səbəbi nə idi?
- Uelsli futbolçuların keyfiyyəti hamıya məlumdur. Hesab 0:2 olandan sonra bəlkə də, o inamı özümüzdə hiss etmədik. Geridönüş etməməyə inamsızlıq yarandı.

 

- Millidə ən yaxşılardan birisən. Gələcəkdə bu bataqlıqdan xilas olub, xaricə getmək istəyirsən?
- Bəli, bunu mütləq istəyirəm.

 

- Səninlə İngiltərənin “Sanderlend” klubunun maraqlandığı iddia edilirdi. Bu şayiələr nə dərəcədə realdır?
- Konkret klub adı deyə bilmərəm. Mənə nəsə deyilməyib. Özünüz də ölkə xaricindəki oyunçularla yerli futbolçuların keyfiyyət fərqini görürsünüz. İnkişaf etmək üçün maksimum şəkildə ölkədən çıxmaq lazımdı. Bunun fərqindəyəm və belə şans olsa dəyərləndirəcəm.

 

- Azərbaycan millisi bu tsikl səfərdə daha yaxşı oynayır. Bunun səbəbi nədir?
- Bunu dəqiq bilmirəm. Ola bilər ki, evdə qalib gəlməyə çalışırıq və üzərimizdə təzyiq olur. Səfər görüşündə isə rahat oluruq. Başqa fikrim yoxdur.

 

- Qara Qarayev bildirdi ki, hakim penaltinini verməməklə motivasiyamızı pozdu. Sən necə düşünürsən?
- Əlbəttə, penalti olsaydı, hesabı 2:1 etmək olardı. Çünki sonrada şanslarımızı dəyərləndirmək olardı. Qaranın sözlərinə qismən də olsa, qatılıram. Qol vursaydıq, geridönüş üçün inam yaranacaqdı.

 

- Rəqib azarkeşlər bu gün stadionda azərbaycanlı fanatlardan çox idi. Belə bir hal millimizin ev oyununda ilk dəfə yaşandı. Onlar Uelsli futbolçulara güclü dəstək verdilər.
- Bu, onların genetikasında var. Böyük Britaniyalıların bizdən fərqli olaraq, azarkeş mentaliteti var. Onların çempionatı, mədəniyyəti bizdən fərqlidir. Bizdə futbola böyük maraq yoxdur, amma onlarda böyük sevgi var. Ona görə də onları bu qədər azarkeş var.

 

- Xaricdən rəsmi təklifin var?

- Mənə heç bir təklif gəlməyib.


- Son oyun səfərdə Slovakiyaya qarşı olacaq. Qrupdakı çıxışı 1 xalla bitirəcəyik, yoxsa az da olsa, şans var?
- Çalışacağıq, nəticə qazanaq. Qrupu bir xalla bitirmək istəmirik. Özümüz də bu vəziyyətdən narazıyıq. Fərqinə varmalıyıq ki, qrupdakı rəqiblər səviyyə baxımından bizdən güclüdür. Son oyunda vuruşacağıq. Çətin olacaq. Slovakiya keyfiyyət baxımından sonra Xorvatiyadan sonra qrupda 2-cidir. Nəticə qazanmağa çalışacağıq.

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB