TOP 10

Millimizin kapitanı 1 xalı yaxşı nəticə sayardı: "Mübahisəli deməzdim, dəqiq penalti epizodumuz oldu, onu da referi vermədi"

Futbol
Tarix: 2019-11-17 00:56

"Əlimizdən gələni edib xal götürmək istəyirdik. Bir xal bizim üçün yaxşı nəticə olardı. Matça pis başlamadıq, ilk hissədə yaxşı təsir bağışladıq. Amma standart vəziyyətdən buraxdığımız qol bizi geri saldı". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Qara Qarayev AVRO-2020-nin seçmə mərhələsində Uels yığmasına 0:2 hesablı məğlubiyyətdən sonra deyib.

 

Əsas kapitan Maksim Medvedevin yoxluğunda sarğını daşıyan 27 yaşlı yarımmüdafiəçi ilk hissədə rəqib qapısına penalti təyin etməyən almaniyalı baş hakim Dəniz Aytəkinin səhvə yol verdiyinə əmindi: "Mübahisəli deməzdim, dəqiq penalti epizodumuz oldu, onu da referi vermədi. Videotəkrar sistemi olsaydı, nəticə də fərqli olardı. İlk hissədə 2 top geridə olmağımız bizim də motivasiyavımızı aşağı saldı. İlk hissədə yaxşı oynadıq, rəqibi əks-hücumda yaxaladıq. Bir neçə təhlükəli vəziyyət yaratdıq. İkinci hissə ilə bağlı deyilənlərə haqq qazandırıram. İlk yarıda penalti verilsəydi, necə olacağını demək çətindir. Motivasiya baxımından bizim üçün faydalı olacaqdı".

 

Qarayevin sözlərinə görə, Kardiffdə 2:1 hesabı ilə uduzduqları oyunla müqayisədə rəqibin 2 top fərqi ilə önə keçməsi onların planlarını pozub: "Əvvəlki görüşlərdə də 1 top geridə olanda daha mübariz oynayırdıq. Bəhanə gətirmək istəmirəm, ikinci hissədə yorğunluq da vardı. Son 25 ildə belə qrupumuz olmayıb. Ümumilikdə, komandamız yaxşıdır. Yığmamızım həmişə İspaniya millisi ilə müqayisə olunmasını istəmişəm. Sizin hansı komandanı nəzərdə tutduğunu bilmirəm. İndiki dönəm futbolçular üçün çox çətin dönəmdir. Formal xarakterli bir oyuna gedirdik. Müsbət nəticə qazanmağa çalışacağıq. Bir futbolçu kimi belə oyunlara hazırlaşmağa çətinlik çəkirik".

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB