TOP 10

Giqqz həm oyundan, həm də hesabdan razı qalıb: "Azərbaycan bizim üçün rahat ölkə deyil"

Futbol
Tarix: 2019-11-16 23:22

Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına səfərdə 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Bizim üçün hesab qənaətbəxşdi. Ümumi performansdan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq vardı. Ancaq həm komandamın çıxışı, həm də hesab məni razı saldı. Azərbaycan yığması bu dəfə evdə oynayırdı. Bu ölkə bizim üçün rahat deyil. Coğrafi baxımından nəzərdə tuturam. Yekunda Ancaq hər şey bizi saldı.  

 

- Ardıcıl 2 çətin oyundan sonra bu dəfə çətin idimi?

- Çətinliklər əvvəlki matçlarda vardı. Slovakiya və Xorvatiyaya qarşı kifayət qədər başabaş mübarizə apardıq. Bu gün Macarıstan istirahət edir. Bu da həmin yığmaya bizimlə son oyunda əlavə gün verəcək. Bu gün bəzi künz zərbələrindən istifadə edə bilməmək məni narazı saldı. 

 

- Qaret Beyl Aaaron Remsi son turda birgə əsas heyətdə meydana çıxmaları mümkündü?

- Bəli. Hər ikisi peşəkar, səviyyəli futbolçudu. Onların ikisinin ilk dəqiqələrdən meydana çıxacağını istisna etmirəm. 

 

- Aaronu bu gün əsas heyətdə qoymamaq risklə bağlı idi?

- Çalışırıq ki, istənilən futbolçu dəyişikliyi fayda olsun. Buna görə Aarona istirahət vermək istəyirdik. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB