TOP 10

Dördüncü dəfə bir ildə - Obradoviç nəhsə düşən millimizin yeni rekordçusu olmağa şanslıdı

Futbol
Tarix: 2019-11-16 18:00

Azərbaycanın U-21 yığması 2019-cu ildə rəsmi oyunlarını başa vurub. Sport24.az xəbər verir ki, Milan Obradoviçin komandası noyabrın 19-da Ukrayna yığmasıyla "Dalğa Arena"dakı qarşılaşması yoldaşlıq görüşü olacaq.

 

Millimiz AVRO-2021-nin seçmə mərhələsində müvarizəyə yeni baş məşqçiylə başlayaraq 6 matç keçirib. Rəqiblərdən yalnız Lixtenşteynlə görüşlər artıq başa çatıb. Millilər evdə 1:0 hesablı qələbəyə sevinib. Azərbaycan öz meydanında Gürcüstanla Slovakiyaya müvafiq olaraq 0:3 və 0:1 hesablarıyla uduzub, Fransadan səfərdə 0:5 hesablı məğlubiyyət alıb. 

 

21 yaşlılarımız indiyədək bir seçmə mərhələdə ən çox qələbə sayı 2 olub. Bu, yerli baş məşqçilər Əsgər Abdullayevlə Yaşar Vahabzadənin, eyni zamanda almaniyalı Bernhard Lippertin vaxtında olub. İndisə serbiyalı Obradoviç 2 qələbə qazanıb.

 

Maraqlıdı ki, bu 4 nəticənin hamısı eyni ildə qeydə alınıb. Yəni, Obradoviç son dəfə 4 il öncə qeydə alınan bu göstəricini təkrarlayıb. Ancaq 42 yaşlı bu mütəxəssisin üstünlüyü ondadır ki, seçmə mərhələ bitməyib, hələ 4 matçı var. Deməli, daha bir dəfə qalib gələrsə, qələbə sayında U-21 yığmamızın yeni rekordçusu olacaq. Ancaq bu, heç də asan olmayacaq. Çünki qalan görüşlərin 3-ü səfərdə olacaq. Yeganə ev matçı qrupumuzun aşkar favoriti Fransayladı ki, onu məğlub etmək real görünmür. 

 

Abdullayevlə Lippert qələbələrini eyni rəqiblərə qalib gəlməklə qazanıbsa, Vahabzadəylə Obradoviç müxtəlif yığmaları üstələyiblər. Vahabzadənin serbiyalı həmkarından üstünlüyü ondadır ki, həm qələbələrin ikisi də evdə yox, biri səfərdə olub, həm də topların fərqi daha yaxşıdı. Yeri gəlmişkən, U-21 yığmamız tarixində 2 dəfə böyükhesablı qələbəyə sevinib ki, bunun 1-i məhz Vahabzadəylə Ramil Şeydayevli Rusiya yığması üzərində olub. Digəri 3:0 Lippertin İsraili evdə məğlub etməsidi. 

 

Onu da bildirək ki, 21 yaşlılarımız qələbə sayı nəhsə - 13-ə çatıb. Bu göstəricidə rekord bu yığmamızı ən çox çalışdıran Lippertə məxsusdu - 5. Abdullayev, Vahabzadə və Obradoviçdə hərəyə 2, AFFA məşqçi Komitəsinin üzvləri olan Vaqif Sadıqovla Ağasəlim Mircavadovda hərəyə 1 qələbə var. 

 

 

Azərbaycan U-21 yığmasının rəsmi qələbələri

 

1994-cü il

Yoxdu

 

1995-ci il

15 avqust, Azərbaycan - Slovakiya - 1:0

Qol: Samir Məmmədov, 57

Baş məşqçi: Vaqif Sadıqov

 

1996-cı il

Çıxış etməyib

 

1997-ci il

Çıxış etməyib

 

1998-ci il

9 oktyabr, Azərbaycan - Macarıstan - 2:1

Qollar: Ruslan Musayev, Zaur Tağızadə

Baş məşqçi: Ağasəlim Mircavadov

 

1999-cu il

Yoxdu

 

2000-ci il

6 oktyabr, Makedoniya - Azərbaycan - 1:2

Qollar: Samir Əliyev, 64, 90

Baş məşqçi: Əsgər Abdullayev

 

2001-ci il

4 sentyabr, Azərbaycan - Makedoniya - 1:0

Qol: Ramal Hüseynov, 86

Baş məşqçi: Əsgər Abdullayev

 

2002-ci il

Yoxdu

 

2003-cü il

Yoxdu

 

2004-cü il

Yoxdu

 

2005-ci il

Yoxdu

 

2006-cı il

Yoxdu

 

2007-ci il

Yoxdu

 

2008-ci il

Yoxdu

 

2009-cu il

Yoxdu

 

2010-cu il

4 sentyabr, Azərbaycan - Albaniya - 3:2

Qollar: Bəxtiyar Soltanov, 17, Mirhüseyn Seyidov, 37, Ruslan Qurbanov, 43

Baş məşqçi: Bernhard Lippert

 

2011-ci il

Yoxdu

 

2012-ci il

29 fevral, Azərbaycan - İslandiya - 1:0

Qol: Əli Gökdəmir

Baş məşqçi: Bernhard Lippert

 

6 iyun, İslandiya - Azərbaycan - 1:2

Qollar: Araz Abdullayev, 77, Cavid İmamverdiyev, 90+1

Baş məşqçi: Bernhard Lippert

 

2013-cü il

10 oktyabr, Norveç - Azərbaycan - 1:3

Qollar: Tuğrul Erat, 56, 90+5, Ağabala Ramazanov, 69

Baş məşqçi: Bernhard Lippert

 

2014-cü il

3 sentyabr, Azərbaycan - İsrail - 3:0

Qollar: Ağabala Ramazanov, 22, Rəhman Hacıyev, 31, 87

Baş məşqçi: Bernhard Lippert

 

2015-ci il

17 iyun, Farer adaları - Azərbaycan - 0:1

Qol: Azər Salahlı, 81

Baş məşqçi: Yaşar Vahabzadə

 

17 noyabr, Azərbaycan - Rusiya - 3:0

Qollar: Kerem Behnke, 11, 39, Elşən Abdullayev, 69-pen

Baş məşqçi: Yaşar Vahabzadə

 

 

2016-cı il

Yoxdu

 

 

2017-ci il

Yoxdu

 

2018-ci il

Yoxdu

 

2019-cu il

6 sentyabr. Azərbaycan - Slovakiya - 2:1

Qollar: Barış Ekincier (2)

Bşa məşqçi: Milan Obradoviç

 

14 noyabr. Azərbaycan - Lixtenşteyn - 1:0

Qol: Barış Ekincier

Baş məşqçi: Milan Obradoviç

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB