TOP 10

"Millimiz Xorvatiya yığmasından xal aldısa, deməli, qrupumuzda istənlilən komanda "dişimiz"ə görədi"

Futbol
Tarix: 2019-11-16 16:00

"Millimizdən Uelslə görüşdə müsbət nəticə gözləyirəm və buna ümid edirəm. Komandamıza inanıram". Bu fikirləri Football24.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Rəhman Hacıyev söyləyib.

 

Millimizin də şərəfini qorumuş 26 yaşlı yarımmüdafiəçi bu axşam keçiriləcək Azərbaycan - Uels matçıyla bağlı yetərincə nikbindi. Rəhman fikrini belə əsaslandırıb: "Xal almaq Xorvatiya yığmasından daha çətin idi. Son dünya çempionatının gümüş mükafatçısı olan bu rəqibdən xal aldıqsa, deməli, qrupumuzda istənlilən komanda "dişimiz"ə görədi. Önəmli deyil ki, indi düşərgədə deyiləm. Qəlbim komandanın yanında olacaq və bütün ürəyimilə Azərbaycan yığmasına azarkeşlik edəcəyəm".

 

Xatırladaq ki, millimiz son ev matçında Xorvatiyayla "Bakcell Arena"da fasiləyə 0:1 hesabıyla geridə yollansa da, ikinci hissədə Təmkin Xəlilzadənun baxımlı qoluyla 1:1 hesablı bərabərliyə qalıb.

 

 

 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB