TOP 10

“Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

Dünya Futbolu
Tarix: 2019-11-16 12:33

Almaniyanın “Bavariya” klubunda Niko Kovaçın istefasından sonra yeni baş məşqçinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, Münhen təmsilçisini Hansi Flik çalışdıracaq. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, daha əvvəl “Bavariya”da köməkçi məşqçi olan Flikin qış fasiləsinə qədər komandada baş məşqçilik edəcəyi bildirilir.


Flik Niko Kovaçın istefasından sonra müvəqqəti olaraq komandaya baş məşqçilik edirdi. “Bavariya” 54 yaşlı mütəxəssisin rəhbərliyi ilə çıxdığı 2 oyunda da qələbə qazanıb. Münhen təmsilçisi bu matçlarda “Borussiya”nı (Dortmund) 4:0, “Olimpiakos”u isə 2:0 hesabıyla məğlub edib.

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB