TOP 10

Mircavadov bu axşam Azərbaycan - Xorvatiya matçının ikinci hissəsini görmək istəyir: "Uels yığmasıyla eyni tempdə qaçmağa başlasaq, uduza bilərik"

Futbol
Tarix: 2019-11-16 14:00

"Millimiz uda da bilər, uduza da, heç-heçə də edə. Bu, futboldu. Ancaq əsas söhbət göstərəcəyimiz oyundan gedir. Azarkeş görsün ki, Azərbaycan yığması onlar, bayraq, gerb, himn üçün oynayır. Bax, budur əsas məsələ. Uzağa getməyək, Türkiyə - İslandiya görüşünü götürək. Belə baxanda, qonaqlar matçda hücum çox elədi. Ancaq Türkiyə buna dözdü və özü də qol vəziyyətləri yaratdı. Türkiyə bilirdi ki, nəyə görə oynayır - ilk növbədə azarkeşinə görə". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov söyləyib.

 

Təcrübəli mütəxəssis millmizin evdə qələbə qazanmasının vacibliyini ön ölana çəkməklə yanaşı, heyətdə liderlərin yoxluğu probleminə də toxunub: "Evdə çıxış edirik, yaxşı futbol gözləyirik. Əlbəttə, qələbə də istəyirik. Kiminlə oynayırlar-oynasınlar, millidə öz meydanında qələbə ruhu olmalıdı. Bu, vacib amildi. Təki qələbə olsun, mən də istəyirəm bunu. Ancaq heyətlə bağlı çətinliklərimiz var. Bəzi futbolçular klublarında oynamırlar. Əvvəl milliyə gələn futbolçularda fərq o idi ki, klublarında lider kimi çıxış edirilər. Onda yığma üçün asan idi. Ancaq indi vəziyyət fərqli olduğundan, çox ağırdı. Elə futbolçu var ki, klubunda zəif çıxış edir. Ancaq baş məşqçidir də, dəvət edir. Bu, onun öz qərarıdı, buna heç bir söz deyə bilmərəm. İstərdim ki, Uelsə qarşı, Xorvatiyayla Bakıdakı matçın ikinci hissəsi oldu, bax, onu görək. Futbolçular əzmkarlıq göstərdi, bax elə oynasınlar, qurtardı getdi".

 

Mircavadov Uels millisinin əsas "silah"ı olan standart vəziyyətlərə təkcə diqqət etdirməklə işimizi bitmiş saymır: "Bu yığma bizlə necə oynadı, bizdən sonra Slovakiyayla necə. 3-4 gənc futbolçusu var, artıq püxtələşib. Bir-iki ay ərzində çox inkişaf edibər. Mən elə başa düşürəm ki, baş məşqçiləri Rayan Giqqz komandanı növbəti seçmə mərhələyə hazılayır. O gənclərlə milliləri çox qaçır, sürətli oynayır. Məlum şeydi, Britaniya futbolu bu cəhətləri ilə seçilir. Biz də onlarla eyni tempdə qaçmağa başlasaq, uduza bilərik. Burda ağıl və topla yaxşı işləmək lazımdı".

 

Millimiz bu seçmə mərhələni qələbəsiz başa vurarsa, bu, böyük uğursuzluq sayılacaqmı? Mircavadovu dinləyək: "Deyərdim ki, yox. Beş il əvvəl necə oynayırdıq, indi necə. Futbolçuların sayı da azalır, oyun səviyyəsi də aşağı düşür. Yığma deyirik, ancaq gərək ilk növbədə Azərbaycan çempionatının keyfiyyətini qaldıraq. Keyfiyyət qalxmazsa, mübarizə olmasa, 1-ci yer uğrunda heç olmasa 4 komanda yarışmasa, yığmalarımıza həddən artıq ağır olacaq".

 

Xatırladaq ki, Azərbaycan - Uels qarşılaşması bu gün saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB