TOP 10

Millimizin sabiq kapitanı: "İnanıram ki, Uelslə evdə yaxşı oyunla bərabər, yaxşı nəticə də qazanarıq"

Futbol
Tarix: 2019-11-16 12:00

"Millinin son iki oyunu qalıb. Mən də uğurlar arzu edirəm komandamıza. Çox çətin iki oyun olacaq. Rəqiblərə - Uels və Slovakiyaya da xal lazımdır. Buna görə də çox çətin oyunlar gözləyir bizi. Ümüd edirəm ki, millimiz ən azından Uelslə ev oyununda yaxşı nəticə qazanar". Bu fikirləri Football24.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq kapitanı Rahid Əmirquliyev bildirib. 

 

Uzun müddət millimizin şərəfini qorumuş, kapitanlıq sarğısını da daşımış "Səbail"in 30 yaşlı yarımmüdafiəçisi AVRO-2020-nin seçmə mərhələsində son iki oyunda şansları dəyərləndirərkən, ev matçına daha çox ümidlər bəslədiyini ifadə edib: "Uelslə səfər oyununda komandamız yaxşı çıxış etmişdi. İnanıram ki, ev oyununda da yaxşı oyunla bərabər, yaxşı nəticə də qazanarlar. İkinci qarşılaşmaya gəlincə, səfərdə slovaklara qarşı çox çətin olacaq. Düzdür, futbolda hər şey ola bilər, amma ordan bir xalla dönə bilsək, bizim üçün çox uğurlu nəticə saya bilərik".

 

Xatırladaq ki, millimiz noyabrın 19-da qonağı olacağı Slovakiyadan evdə 1:5 hesablı məğlubiyyət alıb. 

 

 

FƏRƏC ASLANOV

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB