TOP 10

Millimiz ilk xalını, son rəsmi qələbəsini qazandığı ayda - Giqqzli Uelslə də ilk dəfə məhz noyabrda Bakıda görüşmüşük

Futbol
Tarix: 2019-11-16 10:01

Azərbaycan millisi cari seçmə mərhələyə - AVRO-2020-yə bu 3 gündə keçirəcəyi 2 qarşılaşmayla yekun vuracaq. Bu gün "Bakcell Arena"da Uelsi qəbul edəcək millimiz noyabrın 19-da Trnavada Slovakiyanın qonağı olacaq. 

 

Millimizin 1994-cü ildən fasiləsiz çıxış etdiyi seçmə mərhələlərdə noyabrda keçirdiyi rəsmi görüşlər az olub. Təsadüfi deyil ki, bu 15 ildə say cəmi 11-di. Elə illər olub ki, ümumiyyətlə, bu ayda rəsmi oyunumuz olmayıb. Yığmamız üçün seçmə mərhələlər adətən sentyabrda (yay ayları da olub) başlayaraq o biri ilin oktyabrında bitib. Noyabr daha çox pley-off matçları ilə yadda qalsa da, ora heç vaxt vəsiqə qazanmadığımızdan iştrakçı olmamışıq. 

 

Ancaq ötən ilk dəfə keçiirlən UEFA-nın yeni turniri - Millətlər Liqasına görə AVRO-2020-nin matçları heç 1 il çəkmir. Bu ilin martında başlayan mübarizə 8 ay sonra başa çatır. Millətlər Liqasının qrup matçları isə 3 aylıq olaraq payızı əhatə etdi. Burda mübarizə də məhz noyabrda bitdiyindən, son dəfə bu ayda həmin turnirdə matç keçirmişik. Yeri gəlmişkən, son rəsmi qələbəmiz düz 1 il öncə Millətlər Liqasında olub. Belə ki, Qurban Qurbanovlu milimiz Bakı Olimpiya Stadionunda Farer adalarını 2:0 hesabıyla məğlub edib.

 

Millimiz ilk seçmə mərhələsində rəqiblərini Vətəndə yox, Türkiyənin Trabzon şəhərində qəbul etməli oldu. İlk rəsmi məğlubiyyəti məhz noyabrda almağımız, ilk rəsmi xalını da məhz noyabrda qazanmağımız maraq doğurur. Bu, Ağasəlim Mircavadovla İsrailə məğlubiyyət, Kazbek Tuayevlə Polşayla qolsuz bərabərlikdi. 

 

Millimiz Bakıda seçmə mərhələ matçlarını keçirməyə başlayandan sonra ilk ev məğlubiyyətini də məhz noyabrda alıb. Özü də böyük hesabla. Millimizin bugünkü rəqiblə ilk qarşılaşmasının da məhz noyabrda Bakıda olduğu diqqət çəkir. Özü də rəqibin baş məşqçisi Rayan Giqqz həmin görüşdə futbolçu kimi iştirak edib. 

 

Millimizin müvəqqəti baş məşçqilərindən Qyoko Hacıyevskiylə Mahmud Qurbanov bu missiyalarını məhz noyabrda yerinə yetiriblər. Özü də maraqlıdı ki, Azərbaycanın ən titullu futbolçusu olan Qurbanov millidə yeganə qolunu da məhz bu ayda vurub, millidə baş məşqçi əvəzi yeganə matçını da bu ayda keçirib. Özü də "Professor" "Bakı"da da baş məşqçisi olmuş Hacıyevksinin rəhbərliyi altında millidə fərqlənib. Qurbanovun millidə baş məqşçi əvəzi yeganə matçı, habelə yığmamızın ilk ev məğlubiyyəti məhz bugünkü gündə qeydə alınıb. 

 

Millimiz noyabrda keçirdiyi matçların balansında mənfi saldoya malikdi. Belə ki, 11 görüşün 1-də qalib gəlmişik, 1-də heç-heçə etmişik, 9-a uduzmuşuq. Topların fərqi 4-20 rəqiblərin xeyrinədi.

 

 

Millimizin noyabrda keçirdiyi rəsmi matçlar

 

10. 16 noyabr 1994. Trabzon. AVRO-1996-nın seçmə mərhələ matçı. Azərbaycan – İsrail 0:2

Baş məşqçi: Ağasəlim Mircavadov

 

17. 15 noyabr 1995. Trabzon. AVRO-1996-nın seçmə mərhələ matçı. Azərbaycan – Polşa 0:0

Baş məşqçi: Kazbek Tuayev

 

26. 10 noyabr 1996. Bakı. DÇ-1998-nin seçmə mərhələ matçı. Azərbaycan – Macarıstan 0:3

Baş məşqçi: Kazbek Tuayev

 

85. 20 noyabr 2002. Bakı. AVRO-2004-nün seçmə mərhələ matçı. Azərbaycan – Uels 0:2

Baş məşqçi: Əsgər Abdullayev

 

136. 17 noyabr 2007. Helsinki. AVRO-2008-in seçmə mərhələ matçı. Finlandiya – Azərbaycan 2:1

Qol: Mahmud Qurbanov

Baş məşqçi: Qyoko Hacıyevski (Makedoniya)

 

137. 21 noyabt 2007. Bakı. AVRO-2008-in seçmə mərhələ matçı. Azərbaycan – Belçika 0:1

Baş məşqçi: Qyoko Hacıyevski (Makedoniya)


191. 14 noyabr 2012. DÇ-2014-ün seçmə mərhələ matçı. Belfast. Şimali İrlandiya - Azərbaycan 1:1

Qol: Rauf Əliyev

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

211. 16 noyabr 2014. Bakı. AVRO-2016-nın seçmə mərhələ matçı. Azərbaycan - Norveç 0:1

Baş məşqçi: Mahmud Qurbanov

 

228. 11 noyabr 2016. DÇ-2018-in seçmə mərhələ matçı. Belfast. Şimali İrlandiya – Azərbaycan 4:0

Baş məşqçi: Roberto Prosineçki

 

246. 17 noyabr 2018. UEFA Millətlər Liqası. Bakı. Azərbaycan - Farer adaları 2:0

Qollar: Mahir Mədətov, Dmitri Nazarov

Bşa məşqçi: Qurban Qurbanov


247. 20 noyabr 2018. UEFA Millətlər Liqası. Priştina. Kosovo - Azərbaycan 4:0

Baş məşqçi: Qurban Qurbanov

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB