TOP 10

Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

Dünya Futbolu
Tarix: 2019-11-16 10:21

Futbol üzrə Braziliya və Argentina yığmaları yoxlama oyununda üz-üzə gəlib. Sport24.az xəbər verir ki, Cənubi Amerika nəhəngləri Səudiyyə Ərəbistanında qarşılaşıblar.


Matçın taleyini bir qol həll edib. Argentinalılar bu oyundan qalib ayrılıblar. “Tanqoçular”ın yeganə qolunu 4 oyunluq cəzadan sonra sıraya dönən Lionel Messi vurub. “Barselona”nın ulduz futbolçusu 13-cü dəqiqədə penaltidən fərqlənib. Daha doğrusu, rəqib qolkiper onun zərbəsini dəf etsə tə, Messi təkrar toxunuşla matçda hesabı açıb. Braziliya yığmasında isə Qabriel Jezus 8-ci dəqiqədə qazandıqları penaltidən yararlana bilməyib.


CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB