TOP 10

Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

Dünya Futbolu
Tarix: 2019-11-15 21:00

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi gözlənildiyi kimi, xorvatiyalı məşqçi Stepan Tomasa tapşırılıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün əvvəl Bülənt Korkmazla vidalaşan elita təmsilçisi xorvatiyalı mütəxəssislə 2,5 illik müqaviləyə imza atıb. 43 yaşlı məşqçinin əsas köməkçisi isə Ayhan Akman olacaq.


Tomasın məşqçilik karyerası məhz Türkiyə ilə bağlıdı. O, “Elazığspor” və “Sivasspor”da köməkçi məşqçi kimi çalışıb. Xorvat məşqçi son olaraq “Başakşəhər”in baş məşqçisi Okan Burukun köməkçisi kimi fəaliyyət göstərirdi.


Tomas futbolçu karyerası ərzində də Türkiyədə “Fənərbaxça”, “Qalatasaray”, “Qaziantepspor” və “Bucaspor” klublarında oynayıb.


Super Liqada son 4 oyunundan məğlub ayrılan “Antalyaspor” topladığı 11 xalla 15-ci sırada qərarlaşıb.

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB