TOP 10

“Sabah” futbol akademiyasına seçimlər başlayır

Futbol
Tarix: 2019-11-15 20:07

“Sabah” Futbol Akademiyası bölgələrdə futbolçu seçimlərinə başlayır. Sport24.az xəbər verir ki, ilk səfər Aran bölgəsinə olacaq. 


Akademiyanın rəsmi sponsoru “maxi.az”la tərəfdaşlıq çərçivəsində məşqçi heyəti noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonunda seleksiya xarakterli məşqlər keçəcəklər.


Seçimlər aşağıda göstərilən məkanlarda və saatda, 2001, 2002, 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlülər arasında keçiriləcək:


27 noyabr, saat 10:00
Salyan Olimpiya Kompleksinin stadionu.

28 noyabr, saat 10:00
İmişli Olimpiya Kompleksinin stadionu.

29 noyabr, saat 10:00
Saatlı Olimpiya Kompleksinin stadionu.


Ətraflı məlumat üçün:
Salyan (055) 760 31 35
İmişli (050) 394 56 87
Saatlı (050) 589 43 41


“Sabah” FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda da davam edəcək.


Futbol küçədə doğulur!

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB