TOP 10

Beyl millimizin daim inkişafda olduğunu hesab edir: "Beş il əvvəlki ilə indiki Azərbaycan yığması arasında fərq görürəm"

Futbol
Tarix: 2019-11-15 15:04

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Uels yığmasının kapitanı Qaret Beyl qarşılaşmadan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, Madrid "Real"ının ulduz futbolçusu yığmamızda inkişaf hiss olunduğunu vurğulayıb.

 

– Qarşıda iki böyük oyun var…

– Bəli. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.

 

- Aaron Remsinin milliyə dönməsinə münasibətiniz necədi?
- Remsinin yenidən heyətdə olması çox gözəldi. Bu, sevindirici haldı. O, “Yuventus” kimi böyük klubda çıxış edir. Belə davam etsə, orda möhkəmlənəcək.


- Özünüzü necə hiss edirsiniz?
- Özümü əla hiss edirəm. Ümid edirəm ki, bu cür də davam edərəm.

 

– Sonuncu “Lokomotiv” – “Yuventus” oyunu ilə bağlı Remzi ilə danışmısız?

– Xeyr. O, “Yuventus” kimi böyük komandada oynayır. Belə davam etsə, daha da möhkəmlənəcək.


- Uzun illərdi xarici klublarda oynayırsınız. Yəqin ki, yığmanın oyunu zamanı evə qayıdanda sevinirsiniz...
- Milli komandada oynamaq həmişə şərəfdi. Yığmada oynamaq hər zaman xoşdu.


- Azərbaycan millisi barədə təəssüratlarınız necədi? 
- Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar. Beş il əvvəlki ilə indiki Azərbaycan arasında fərq görürəm. Bu komanda daim inkişafdadı.

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB