TOP 10

Uels millisində itkilər baş alıb gedir

Futbol
Tarix: 2019-11-15 10:59

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Uels yığmasında itkilər davam edir. Sport24.az xəbər verir ki, “Aston Villa”dan Nil Teylor, “Suonsi”dən Co Rodanın ardınca Tom Laurens (“Derbi”) və Denni Uord (Lester) da komandanın düşərgəsini tərk edib. 

 

Bakı səfəri öncəsi Laurens sağlamlığı səbəbindən millidən ayrı düşübsə, Uord şəxsi işləri ilə bağlı baş məşqçi Rayan Giqqzdən icazə alıb. 

 

Bunadək yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”) və Co Uilyams (“Sanderlend”) zədəli olduğundan, Co Allen (“Stok Siti”) isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq.

 

Qeyd edək ki, Azərbaycan – Uels matçı sabah “Bakcell Arena”da baş tutacaq.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB