TOP 10

"Sumqayıt"ın kapitanı fasiləyə qədər oyunları finala bərabər sayır: "Əlimizdən gələni edəcəyik ki, mövqeyimizi qoruyaq"

Futbol
Tarix: 2019-11-15 10:27

Uğur da olanda, uğursuzluq da yaşananda baş məşqçidən sonra nəticə haqda kitabdan soruşulur. .övsümün əvvəlində xeyli xal itirən “Sumqayıt” “cücəni payızda sayır”. Ayxan Abbasovun komandası artıq 4-cü pilləyə yüksəlib. Ancaq Abbasovla geniş müsahibəni qış fasiləsində saxladıq. Hələliksə, “kimyaçılar”ın kapitanı Vurğun Hüseynov Football24.az-a müsahibəsində həm son turdakı əzmkar qələbəni şərh etdi, həm qərarlaşdıəları mövqeyə baxış keçirdi...

 

- Premyer Liqanın son turunda "Sabah" üzərində əzmkar qələbə qazandınız. Oyun barədə nə deyə bilərsən?

- Bilirdik ki, bizi çətin səfər oyunu gözləyir. Bu oyuna maksimum yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz rəqibin güclü və zəif cəhətlərini bizə göstərmişdi. Deyərdim ki, rəqibin güclü tərəfinin qarşısını alıb, zəif cəhətlərindən də istifadə edib qələbə qazandıq.

 

- Maraqlıdı, fasilədə nə baş verdi ki, 2-ci hissədə rəqib qapısının torunu 3 dəfə silkələmək mümkün oldu?
- Fasilədə Ayxan müəllim bizə inandığını və necə oynamalı olduğumuzu izah etdi. Etdiyi dəyişikliklər də gücümüzə güc qatdı. Əsas olan da odur ki, komanda olaraq qələbə qazanmaq istəyirdik.

 

- Bu qələbə ilə həm də turnir cədvəlində irəlilədiniz. Fasiləyə qədər ən azı bu mövqeyi qorunmaq mümkün olacaq?
- Əlimizdən gələni edəcəyik ki, mövqeyimizi qoruyaq. Fasiləyə qədər finala bərabər üç oyunumuz var. İnşallah xallar qazanarıq.

 

- Artıq ölkə kubokunun da püskü atıldı. "Zaqatala" səddini keçəcəyiniz  heç kəsdə şübhə dogurmur. 1/4 finalda ötən il mübarizədən kənarlaşdırdığınız "Neftçi" ilə qarşılaşacaqsınız. Bu oyunlar haqda nə düşünürsən?
- "Zaqatala"nı keçək, sonrasına baxarıq. Kubok oyununa qədər çempionat matçı da var. Komanda olaraq fikrimiz hər dəfə qarşıdan gələn ilk oyuna hazırlaşmaqdır.

 

 

 

FƏRƏC ASLANOV

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB