TOP 10

Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

Dünya Futbolu
Tarix: 2019-11-15 01:53

Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 9-cu tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.


H qrupunun lideri Türkiyə doğma azarkeşləri qarşısında İslandiyanı qəbul edib. Türklər bu görüşdə ən azı heç-heçə etsəydilər, AÇ-2020-nin əsas mərhələsinə vəsiqə qazanacaqdılar. İslandiya qalib gəlməsə, təkcə Türkiyə yox, Fransa da AÇ-2020-yə yüksələcəkdi. Belə də olub. Qarşılaşma qolsuz bitib və Türkiyə millisi Fransa yığmasıyla birgə qitə birinciliyinə vəsiqə qazanıb. Fransızlar türklərin xal itkisindən yararlanaraq, Moldova üzərində qələbə ilə həm də qrup liderliyini ələ keçiriblər.


A qrupunda İngiltərə Monteneqroya uduzmasa, Çexiya isə Kosovonu üstələsə, hər iki komanda vəzifənin öhdəsindən gəlmiş olacaqdı. Belə də olub. İngilislər darmadağınla, çexlər isə əzmkar qələbə ilə istəklərinə çatıblar.


B qrupunda Ukraynadan sonra Portuqaliya da final mərhələsinə yollanmağa yaxın idi. Bunun üçün portuqallar qalib gəlməli, Serbiya da Lüsksemburqla görüşdə xal itirməliydi. Amma həm Portuqaliya, həm də Serbiya qalib gəldiyindən, hər şeyə son turda aydınlıq gələcək.


Azərbaycan milli komandası isə E qrupu çərçivəsində noyabrın 16-da Uelsi qəbul edəcək. Qrupun digər oyununda Xorvatiya ilə Slovakiya münasibətlərinə aydınlıq gətirəcək.


AÇ-2020-nin seçmə mərhələsi
14 noyabr


H qrupu


Türkiyə – İslandiya 0:0


Albaniya – Andorra 2:2
Qol: Balay, 6. Manay, 55 – Martines, 18; 48.


Fransa – Moldova 2:1
Qol: Varan, 35. Jiru, 79-pen – Rata, 9.


A qrupu


İngiltərə – Monteneqro 7:0
Qol: O.Çemberleyn, 11. H.Keyn, 19; 24; 37. Reşford, 30. Sofranaç, 66-öz qapısına. T.Abraham, 84.


Çexiya – Kosovo 2:1
Qol: Kral, 71. Çelustka, 79 – Nuhiu, 50.


B qrupu


Portuqaliya – Litva 6:0
Qol: Ronaldo, 7-pen; 22; 65. Pitsi, 52. Pasiensiya, 56. B.Silva, 63.


Serbiya – Lüksemburq 3:2
Qol: Mitroviç, 11; 43. Radonyiç, 70 – Rodriqes, 54. Turpel, 75.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB