TOP 10

La Liqa klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2019-11-15 10:44

İspaniyanın “Valensiya” klubu qapıçısı Xaume Domeneklə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Yeni müqavilənin müddəti 2023-cü ilin yayında başa çatacaq. Əvvəlki müqavilənin müddəti 2022-ci ildə bitəcəkdi.


Klub qolkiperə qiymət də qoyub. 2023-cü ilə qədər hansısa klub Xaumeni heyətində görmək istəsə, “Valensiya”ya 50 milyon avro təzminat ödəməlidi.


29 yaşlı ispaniyalı qolkiper 2013-cü ildən “Valensiya”da çıxış edir. O, bu mövsüm cəmi 2 oyuna çıxıb. Çünki La Liqa təmsilçisinin əsas qapıçısı Yasper Sillesendi.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB