TOP 10

“Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

Dünya Futbolu
Tarix: 2019-11-15 10:12

Futbol üzrə Bolqarıstan yığması yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi kollektiv doğma meydanda Paraqvay milli komandası ilə üz-üzə gəlib.
 

Sofiyada baş tutan matç bolqarların məğlubiyyəti ilə başa çatıb – 0:1. Zədədən yeni qayıdan Slavçev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.


Qeyd edək ki, Bolqarıstan yığması noyabrın 17-də AÇ-2020-nin seçmə mərhələ çərçivəsində Çexiyanı qəbul edəcək. “Qarabağ”ın yarımmüdafiəçisinin həmin oyuna qədər hazır olması gözlənilir.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB