TOP 10

İsmayıl İbrahimli üzərlərində təzyiq olduğunu etiraf edib: "Lixtenşteyn yığmasından revanş almaq barədə düşünmürdük"

Futbol
Tarix: 2019-11-14 23:10

"Keyfiyyətsiz futbol göstərəcəyimizi düşünmürəm. Yaxşı oyun keçirdik. Sadəcə, yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Etiraf etmək lazımdır ki, bundan da yaxşı oyun keçirdə bilərik". Bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu İsmayıl İbrahimli Sumqayıtda Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2021-in seçmə matçından sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə deyib.

 

Mərkəz yarımmüdafiəçisi əsas olan üç xalı qazanmalarının vacibliyini diqqətə çatdırıb: "Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdı. Ustalıq nə qədər çox olsa, qol vurmaq şansımız bir o qədər artacaq. Bizim üçün əsas olan qələbədir. Hesabın heç bir fərqi yoxdu. Qol vurana qədər üzərimizdə təzyiq hiss edirdik. Matçın sonlarına yaxın bir az tələskənlik olurdu. Sevindirici haldır ki, qələbə qazana bildik".

 

Millimizin vitse-kapitanı küləyin onlara mane olduğunu vurğulayıb: "Revanş barədə düşünmürdük. Hər bir matça qələbə üçün çıxırıq. Birinci oyunda uduzmuşuq və bu o demək deyil ki, həmin komandaya qalib gəlməliyik". 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB