TOP 10

Dogukan qələbəni azarkeşlərə hədiyyə etdi: "Qrupda Lixtenşteyndən öndə olacağıq, daha 2 yığmanı da qabaqlaya bilərik"

Futbol
Tarix: 2019-11-14 23:00

"Matça yaxşı başladıq. Hücum da etdik, qol epizodları yaratdıq. Sadəcə, bu imkanlardan yararlana bilmədik. Amma ikinci hissədə istəyimizə çatdıq. Qələbə qazanmaq vacib idi. 1:0 olsa belə, 3 xal çox gözəldir". Bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Doğukan Oksuz Sumqayıtda Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2021-in seçmə matçından sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə deyib.

 

20 yaşlı türk əsilli hücumçunun fikrincə, qol vura bilməsəydilər, oyunun sonları çətin keçəcəkdi: "Amma qol vuracağımızı bilirdik. Çünki yaxşı oynayırdıq və qol şansları yaradırdıq. Məqsədimizə cərimə zərbəsindən sonra şatdıq. Barışı da qol üçün təbrik edirəm".

 

Doğukan qarşıdakı matçlarda da yaxşı nəticələr qazana biləcəklərini bildirib: "Düşünürəm ki, İsveçrəni məğlub edə bilərik. Burada onlara bəxtsizlikdən uduzduq. Gürcüstana da qalib gələ bilərik Fransaya qarşı isə ən yaxşı şəkildə mübarizə aparacağıq. Bilirdik ki, Lixtenşteyni məğlub edə bilməsək, tənqidlər çox olacaq. Azarkeşlər bizdən çox şey gözləyir. Biz də bəxtsizlikdən uduzurduq. Amma burada qələbə qazanaraq fanatları xoşbəxt etməyə çalışdıq. Bu qələbəni onlara hədiyyə edirik. Pyunlarda əlimizdən gələnin ən yaxşısını edirik. Təqvimin bir mənası yoxdu. Qələbələrlə yolumuza davam edəcəyik".

 

Oksuz "qrupu neçənci pillədə başa vura bilərik" sualına belə cavab verib: "Lixtenşteyndən öndə olacağıq. Seçmə mərhələdə Gürcüstan və Slovakiyanı da qabaqlaya bilərik".

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB