TOP 10

"Selta"nın futbolçusu: "Azərbaycan yığmasına qarşı keçirəcəyimiz oyunu da unutmamalıyıq"

Futbol
Tarix: 2019-11-14 11:16

“Xorvatiyaya səfərdə qalib gəlsək belə, bu, irəliləyəcəyimizə təminat vermir. Azərbaycana qarşı keçirəcəyimiz həddindən artıq çətin oyunu da unutumamalıyıq. İstənilən halda, yalnız öz oyunumuza köklənməliyik”. Sport24.az xəbər verir ki, bu fikirləri Slovakiya yığmasının futbolçusu Stanislav Lobotka noyabrın 16-da səfərdə Xorvatiya, 3 gün sonra isə evdə isə Azərbaycan millilərinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə matçları barədə danışarkən deyib.

 

yunun 11-də Azərbaycan millisini Bakıda 5:1 hesabı ilə məğlub etdikləri matçın 8-ci dəqiqəsində hesabı açan İspaniyanın “Selta” klubunun 24 yaşlı yarımmüdafiəçisi Uels – Macarıstan görüşünün heç-heçə ilə yekunlaşmasını arzuladığını dilə gətirib: “Riyekada istər məğlubiyyət, istərsə də qələbə təqdirində, yalnız mövqeyimizi yaxşılaşdıracağımız halda xoşbəxt olacam. Fikrimi öz oyunumuza yönəltmişəm, paralel keçəcək Uels – Macarıstan görüşü məni yayındırmayacaq. Əlbəttə, həmin matçdakı heç-heçə bizə kömək edəcək. Lakin yalnız öz oyunlarımıza köklənəcəyimiz halda, digər nəticələrdən asılı olmayaraq irəliləyəcəyik və məqsədimizə çatacağıq”.

 

Qeyd edək ki, hazırda 14 xalla E qrupunun lideri olan Xorvatiya yığması noyabrın 16-da qəbul edəcəyi Slovakiya yığması 10 xalla 3-cü sıradadır.

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB