TOP 10

Lixtenşteyn yığmasının baş məşqçisi Sumqayıtda da xala köklənib: "Bu görüş Azərbaycana qalib gəldiyimiz ilk oyuna bənzəməyəcək"

Futbol
Tarix: 2019-11-14 10:59

“Azərbaycan yığmasıyla səfər görüşü qalib gəldiyimiz ilk oyuna bənzəməyəcək”. Sport24.az xəbər verir ki, bu fikirlər Lixtenşteynin 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Martin Ştoklazaya məxssudu. 

 

AVRO-2021-in Azərbaycanla bugünkü qarşılaşması öncə fikirlərini açıqlayan adıçəkilən mütəxəssis final mərhələsi iddiası olmayan komanda üçün nəticənin önəm daşımadığını söyləyib: "Buna rəğmən, ilk görüşdə məğlub etdiyimiz rəqibdən yenə xal almaq arzusunu gizlətmirəm. Çünki səfərdə oynamalı olacağıq. Düzdür, bu qarşılaşmanın nəticəsi bizim üçün o qədər böyük əhəmiyyət kəsb etmir. Müsbət nəticə və ya böyükhesablı məğlubiyyətin yekun nəticə üçün təsiri olmayacaq. Lakin 2019-cu ili uğurlu nəticə ilə başa vurmaq istəyirik”.

 

Sumqayıtda "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan – Lixtenşteyn matçı saat 18:00-da başlayacaq.

 

Xatırladaq ki, 21 yaşlılarımız cari seçmə mərhələyə Lixtenşteynə səfərdə 0:1 hesabıyla uduzmaqla başlayıb. 

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB