TOP 10

İngiltərə yığması üçün tarixi matç

Dünya Futbolu
Tarix: 2019-11-14 11:11

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Monteneqro ilə qarşılaşma İngiltərə yığma komandası üçün əlamətdar olacaq. Sport24.az xəbər verir ki, bu oyun britaniyalıların tarixində 1000-ci matç olacaq.
 

Bu isə dünya futbolu tarixində rekord bir göstərici olacaq. Çünki indiyə qədər heç bir yığma komanda bu qədər oyun keçirməyib.


İngiltərə yığması ilk oyununu 147 il öncə keçirib. Sözügedən komanda 1872-ci ildə Şotlandiya ilə qarşılaşıb. İngilislər 1966-cı ildə dünya çempionu olublar.


Bu gün Londondakı “Uembli” stadionunda keçiriləcək İngiltərə – Monteneqro qarşılaşmasına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB