TOP 10

Millimizin baş məşqçisi: "Qapımıza təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi"

Futbol
Tarix: 2019-11-13 23:00

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Yunanıstan yığması ilə keçirilmiş oyunla bağlı affa.az-a fikirlərini bildirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis ev sahiblərinə 1:6 hesabıyla uduzduqları görüşdə ilk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıqlarını hesab edir: "Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu. Qapımıza təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi. 9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.

 

Xatırladaq ki, millimiz növbəti qarşılaşmasını noyabrın 16-da Almaniyayla keçirəəck. 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB