TOP 10

U-21 yığmamız üçün düşərsiz ay - noyabrda yalnız 1 qələbə, 14-də qolsuzluq

Futbol
Tarix: 2019-11-14 10:47

Bu gün Azərbaycan U-21 yığması başa çatmaqda olan 2019-cu ildə son rəsmi matçını keçirəcək. Sport24.az xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda "Kapital Bank Arena"da lixtenştenyli həmyaşıdlarını qəbul edəcək.

 

Düzdür, 21 yaşlılarımız bu il son qarşılaşmasına noyabrın 19-da çıxacaq. Ancaq Ukrayna yığmasıyla "Dalğa Arena"dakı həmin matç yalnız yoldaşlıq görüşü olacaq.

 

U-21 yığmamız 1994-cü ildən çıxış etdiyi seçmə mərhələrdə noyabrda adətən elə çox oyun keçirməyib. Bu, elə əsas yığmamıza da aiddi. Noyabrda 21 yaşlılarımız 11 rəsmi görüşə çıxıb ki, bunların çoxunda - 4-ü böyük hesabla olmaqla 9-da meydandan məğlub ayrılıb. Azərbaycan U-21-i tarixində ən ağır məğlubiyyətlərdən birini - Almaniyadan Bakıda aldığı 0:7-i də məhz noyabra təsadüf olub. Bu, Samir Ələkbərovun baş məşqçisi əvəzi olduğu vaxtda reallaşıb. Bundan 5 gün sonra həmin Ələkbərovla həmin "Dalğa Arena"da Kovosoyla qolsuz bərabərlik olub. Yəni, bu, noyabrda yeganə heç-heçəmizdi.

 

Nəhayət, yeganə qələbə haqda. Bu, Yaşar Vahabzadənin baş məşqçiliyi vaxtında Bayılda Rusiya üzərində böyük hesabla olub - 3:0. Yeri gəlmişkən, millimizin hücumçusu Ramil Şeydayevlə hazırda "Sumqayıt"da çıxış edən sol cinah müdafiəçisi Cəmaləddin Xocaniyazov həmin vaxt rusların heyətində matçda iştirak edib. 

 

U-21-miz məhz noyabrın 14-ü də meydana çıxıb. Özü də bu iki matç evdə keçirilib. Bakıdakı həmin qarşılaşmalarda qol vura bilməmişik - Şotlandiyaya 0:4, Kosovoyla 0:0. Yeri gəlmişkən, kovosolularla görüş ümumiyyətlə, noyabrda son matçımızdı. 

 

 

Azərbaycan U-21 yığmasının noyabrda keçirdiyi rəsmi matçlar

 

AVRO-1996-ın seçmə mərhələsi

15.11.1994. Trabzon. Azərbaycan - İsrail - 1:2

Qol: Mirbağır İsayev, 74

 

AVRO-2004-ün seçmə mərhələsi

19.11.2002. Bakı. Azərbaycan - Uels - 0:1

 

AVRO-2009-un seçmə mərhələsi

16.11. 2007. Fermo. İtaliya - Azərbaycan - 5:0

21.11.2007. Bakı. Azərbaycan - Xorvatiya - 0:1

 

AVRO-2011-in seçmə mərhələsi

14.11.2009. Bakı. Azərbaycan - Şotlandiya - 0:4

18.11.2009. Viner-Noydorf. Avstriya - Azərbaycan - 4:0

 

AVRO-2015-in seçmə mərhələsi

15.11.2013. Skopye. Makedoniya - Azərbaycan - 1:0

 

AVRO-2017-in seçmə mərhələsi

13.11.2015. Regensburq. Almaniya - Azərbaycan - 3:1

Qol: Məqsəd İsayev, 30

 

AVRO-2017-in seçmə mərhələsi

17.11.2015. Bakı. Azərbaycan - Rusiya - 3:0

Qollar: Kerem Behnke 11, 39, Elşən Abdullayev, 69-pen

 

AVRO-2019-un seçmə mərhələsi

09.11.2017. Bakı. Azərbaycan - Almaniya - 0:7

14.11.2017. Bakı. Azərbaycan - Kosovo - 0:0

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB