TOP 10

Millimizdə Almaniya yığmasına qol vuran futbolçu Region Liqasında

Futbol
Tarix: 2019-11-13 20:00

Region Liqasının təmsilçisi "Alyans" növbəti transferə imza atıb. Sport24.az xəbər verir ki, Lənkəran təmsilçisi U-21 yığmamızın sabiq futbolçusu İlyas Səfərzadəni heyətinə cəlb edib.

 

23 yaşlı cinah vingeri məhz Lənkəranda dünyaya gəldiyindən, məhz "Xəzər Lənkəran"ın yetirməsi olduğundan, doğma şəhərinin bu dəfə həvəskar liqasındakı təmsilçisinin uğurları üçün çalışacaq. Məlum olduğu kimi, Lənkəranın son illərdə peşəkar çempionatda - nə Premyer Liqada, nə də I Divizionda təmsilçisi var. 

 

İlyas Premyer Liqada "Kəpəz"də, habelə daha aşağı yaş qruplarımızda çıxış edib. Səfərzadə 2 il öncə 21 yaşlılarımızın heyətində Almaniya yığmasına səfərdə 1:7 hesabıyla uduzduğu rəsmi matçda yeganə qoluna imza atıb.

 

Xatırladaq ki, "Alyans" Cənub zonasında 3 oyundan sonra 7 xalla liderdi. 

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB