TOP 10

PFL-in prezidenti: "Klub gəlmək istəmirsə, məndən nə istəyirsiniz"?

Futbol
Tarix: 2019-11-13 16:02

"Arzu edirəm ki, qalib layiqli komanda olsun və avrokubokda yaxşı çıxış etsin". Sport24.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Kubokunun püşkatma mərasimində deyib. 


Qurumun rəhbəri yarışa cəmi 12 komandanın qatılmasına belə münasibət bildirib: "Azərbaycan Kubokunda 12 komandanın olması nə məndən, nə də jurnalistlərdən asılıdır. Heç bir klubu yarışa qatılmağa məcbur etmək olmaz. Klub gəlmək istəmirsə, məndən nə istəyirsiniz? (gülür). Klublarımızın hamısına uğurlar arzulayıram".


R.Musayev Azərbaycan Kubokuna Region Liqasında çıxış edən klubların heç birinin qatılmaq üçün müraciət etmədiyini vurğulayıb: "Həvəskar komandaların yarışa qatılmaları əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır olmuşuq". 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB