TOP 10

9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

Futbol
Tarix: 2019-11-13 16:24

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

Region Liqasında “İrəvan” – “Şahdağ” matçında “İrəvan”ın futbolçusu İlkin Fərhadovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

Region Liqasında “Qusar” – “Qardaşlar” matçında “Qardaşlar”ın futbolçusu Rüfət Əlizadə öz komanda yoldaşına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

 

Region Liqasında “Uğur” – “Şirvanovka” matçında “Şirvanovka”nın futbolçusu Kamil Nurəhmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

 

Region Liqasında “TST-Astara” – “Alyans” matçında “Alyans”ın futbolçusu İlyas Səfərzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

Region Liqasında “Dübəndi” (Ordubad) – “Babək” matçında “Babək”in futbolçusu Əli Sadıqov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyunda “Dübəndi”nin futbolçusu Sahil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

Gənclər Liqasında “Neftçi” – “Sabah” matçında “Neftçi”nin futbolçusu Turan Vəlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

Gənclər Liqasında “Keşlə” – “Qəbələ” matçında “Qəbələ”nin futbolçusu Əli Mürsəlov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

 

U-17 Liqasının “İsgəndər Cavadov BFA” – “Xəzər Lənkəran” matçında “İsgəndər Cavadov BFA”-nın futbolçusu Zöhrab Quluşev ikinci sarı vərəqə alaraq meydandan kənrlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-17 Liqasında “Kəpəz” – “Sabah” matçında “Kəpəz”in futbolçusu Elmir Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-17 Liqasında “Neftçi” – “Tufan” matçı başa çatdıqdan sonra “Tufan”ın futbolçusu Rəvan Quluzadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra “Tufan”ın inzibatçısı İsgəndər Paşalı hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

 

U-16 Liqasında “Səbail” – “Keşlə” matçında “Səbail”in futbolçusu Asim Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 18-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Kamran Məlikov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-14 Liqasında “Zirvə” – “Quba” OİK matçında “Quba”nın futbolçusu Amid Eldarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Xəzər Lənkəran” – “Masallı” matçında “Xəzər Lənkəran”ın futbolçusu Rafael Eyvazov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalanıb. Oyunun 55-ci dəqiqəsində “Masallı”nın futbolçusu Soltan Salmanov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 55-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elmar Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 55-ci dəqiqəsində “Xəzər Lənkəran”ın baş məşqçisi İqbal Babayev meydançaya daxil olaraq hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə və fiziki təzyiq göstərdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. Oyunun 56-cı dəqiqəsində “Masallı”nın baş məşqçisi Sehran Babayev meydançaya daxil olaraq rəqib məşqçini təhqir etdiyinə görə 2 oyun cəzalanıb.

U-13 Liqasında “Kəpəz” – “Azəri TİM” matçının 15-ci dəqiqəsində “Kəpəz”in rəsmi nümayəndəsi Məhəmməd Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. 
U-13 Liqasında UGİM (Naftalan) – UGİM (Göranboy) matçında UGİM (Naftalan) komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında “Dortmund” (Bakı) – “Uğur” (Sumqayıt) oyunundan sonra “Dortmund” klubunun baş məşqçisi Emil İbrahimov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalanıb.

U-12 Liqasında “UGİM Gənclərbirliyi” – “TİM Uğur” matçının 45-ci dəqiqəsində “UGİM Gənclərbirliyi”nin futbolçusu Qurban Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 45-ci dəqiqəsində “TİM Uğur” klubunun futbolçusu Həsən Purxatəzimov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasında “Qədirli” (Tovuz) – “Qala” (Şəmkir) matçında “Qala” komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında “Bahar Gİİ” (Beylaqan) – “Füzuli” matçında “Bahar Gİİ” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında “UGİM Top Qapı” (Bərdə) – UGİM (Naftalan) matçında UGİM (Naftalan) komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasında “Dinamo” (Balakən) – “Lokomativ” (Balakən) matçında “Dinamo” komandasının heyətində sənədi olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Baker Tilly” matçının 29-cı dəqiqəsində “Baker Tilly” klubunun futbolçusu Abbas Qasımzadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 29-cu dəqiqəsində “Baker Tilly” klubunun futbolçusu Rəcəb Fərəczadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanda “Baku Fire-2” – “Qarabağ Füzuli” matçının 5-ci dəqiqəsində “Qarabağ Füzuli”nin futbolçusu Kənan Mehdiyəbov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Yasamal İSK” – “Record Club” matçının 19-cu dəqiqəsində “Yasamal İSK” klubunun 13 №-li futbolçusu Namaz İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 40-cu dəqiqəsində “Record Club” klubunun 6 №-li futbolçusu Sabir Hacıəliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Araz” – “Marafon” matçının 18-ci dəqiqəsində “Marafon” klubunun 9 №-li futbolçusu Seymur Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Xızı Futzal” – “Premier” matçının 24-cü dəqiqəsində “Xızı Futzal” klubunun 10 №-li futbolçusu Qərib İbrahimov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın AZZERS – “Borçalı” matçında AZZERS komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Advokat” – “Star Karqo-2” matçında “Star Karqo-2” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Baku Fire-3” – “Baker Hughes” matçında “Baker Hughes” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Xızı Yasamal” matçının 19-cu dəqiqəsində “Xızı Yasamal”ın futbolçusu Emin Kərimovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Xızı Yasamal” klubu meydanı oyun başa çatmamış özbaşına tərk etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Apellyasiya Arbitraj Tribunalının İntizam Komitəsinə müraciətindən sonra 19 oktyabr tarixində keçirilmiş “Xəzər Lənkəran” – “Kəpəz” matçında baş verənlərə yenidən baxılmasını bildirmişdi. Oyunun videoyazısına baxıldıqdan sonra İntizam Komitəsi 22 oktyabr 2019-cu il tarixli qərarına aşağıdakı əlavəni edir:

“Xəzər Lənkəran”ın futbolçusu Mirtaleh Musazadə aqressiv davranışa (rəqibə bilərəkdən zərbə endirdiyinə) görə 4 oyun cəzalanıb.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB