TOP 10

Millimizlə matçda dubl edən tanınmış hücumçu yığma karyerasını bitirir: "Yenə Azərbaycana uçmaq istəyim yoxdu"

Futbol
Tarix: 2019-11-13 15:00

Avstriya milli komandasının futbolçusu Marko Arnautoviç yığma karyerasını bitirəcəyi tarixi açıqlayıb. Sport24.az xəbər verir ki, 30 yaşlı hücumçu Qətərdə keçiriləcək DÇ-2022-dən sonra millidə çıxış etməyəcəyini açıqlayıb.

 

Aranautoviç bunu uzaq səfərlərə getmək istəməməyi ilə izah edərkən Azərbaycanın da adını çəkib: "Sonuncu səfər zamanı 11 saat 20 dəqiqə uçuşda olduq. Bunun 10 saatını yatdım. Yenə Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

 

Xatırladaq ki, Marko AVRO-2012-nin seçmə mərhələsində millimizlə görüşərək Vyanada 3:0 hesabıyla qalib gəldikləri qarşılaşmada dublla əsas pay sahibi olub. .

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB