TOP 10

Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırıldı

Futbol
Tarix: 2019-11-13 14:28

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, oyunu almaniyalı hakimlər briqadası idarə edəcək.

 

Tanınmış türk əsilli FIFA referisi Dəniz Aytəkinə Eduard Beytinqer, Rafael Foltin və Kristian Dinqert yardımçı olacaqlar. Mtaçın hakim-ispektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi niderlandlı Mark Bosdu. 

 

Bu, Aytəkinin Azərbaycanın iştirakıyla ilk matça təyinatı deyil. Belə ki, o, 2017-ci ilin oktyabrın 31-də Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində Madriddə "Atletiko"yla 1:1 hesabıyla nəticələnən görüşünü idarə edib. O, həmin qarşılaşmadan hər komandadan bir futbolçuya qırmızı vərəqə göstərib ki, bu, "Qarabağ"dan brazliyalı yarımmüdafiəçi Pedro Enrike olub. Baş hakim təmsilçimizdən kapitan Rəşad Sadıqovla polşalı mərkəz müdafiəçisi Yakub Jezniçaka sarı vərəqə göstərib. Həmin matçın iştirakçılarından müdafiəçi, hazırda millimizin kapitanı olan Maksim Medvedev, yarımmüdafiəçi Qara Qarayev və hücumçu Ramil Şeydayevlə yenidən Aytəkinlə görüşəcəklər. 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB