TOP 10

“Azərbaycanla oyunda qələbə qazanmasaq…”

Dünya Futbolu
Tarix: 2019-11-13 14:27

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Uels millisinin futbolçusu Ben Deyvis açıqlama verib. Sport24.az xəbər verir ki, “Tottenhem”də forma geyinən müdafiəçi, bunları deyib:


“Heyətdə AÇ-2016-dakı uğuru təkrarlamaq istəyən gənc və istedadlı futbolçular var. AÇ-2016 ilə müqayisədə indi bizdən daha çox şey gözləyirlər.


Sakit qalmalıyıq. Erkən qol vurmağa çalışsaq, bundan özümüz zərər görə bilərik və əsəb pozucu oyun olar. Oyun 90 dəqiqədir və fərq etmir ki, ilk dəqiqədə qol vurdun, ya 90-cı dəqiqədə. Səbrli olmalı və planla hərəkət etməliyik.


Azərbaycanla oyunda qələbə qazanmasaq, Macarıstanla görüşün əhəmiyyəti qalmayacaq”.


Noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da start götürəcək.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB